Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin Rusiyada əcnəbilərə surroqat analığa qadağa qoyulacağını açıqlayıb

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidVolodin
Volodin - Sputnik Azərbaycan, 1920, 27.11.2022
Abunə olmaq
Siyasətçinin sözlərinə görə, çox vaxt belə körpələr cinayətlərin qurbanı olurlar və ya eynicinsli cütlüklərə düşürlər.
BAKI, 27 noyabr - Sputnik. Rusiyada əcnəbilər üçün surroqat analıq qadağan ediləcək. Bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin noyabrın 27-də bildirib.
"Əcnəbilərin surroqat ana xidmətindən istifadə etmələrini qadağan edərək uşaqları qorumaq üçün hər şeyi etmək lazımdır. Biz bu qərarı dekabrın əvvəlində qəbul edəcəyik", - deyə Volodin öz “Telegram” kanalında yazıb.
Rusiya parlamentinin aşağı palatasının sədri qeyd edib ki, yalnız son bir neçə ildə surroqat analar tərəfindən doğulan 45 minə yaxın uşaq ölkədən çıxarılıb.
Siyasətçinin sözlərinə görə, çox vaxt belə körpələr cinayətlərin qurbanı olurlar və ya eynicinsli cütlüklərə düşürlər.
Bu yaxınlarda bildirilib ki, Rusiya Federasiyasının Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin bu ölkədə, o cümlədən internetdə, mediada, həmçinin reklamda, ədəbiyyatda və kinoda təbliğatını qadağan edən qanun qəbul edib. İclas zamanı Vyaçeslav Volodin qeyd edib ki, bu qanun sırf rusiyalıların maraqlarına uyğun qəbul edilir.
Xəbər lenti
0