https://sputnik.az/20221126/mudafie-nazirliyinden-sulhmeramlilara-novbeti-xatirlatma-449008630.html
Müdafiə Nazirliyindən sülhməramlılara növbəti xatırlatma
Müdafiə Nazirliyindən sülhməramlılara növbəti xatırlatma
Sputnik Azərbaycan
Sülhməramlıların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR. 26.11.2022, Sputnik Azərbaycan
2022-11-26T22:06+0400
2022-11-26T22:06+0400
2022-11-27T00:00+0400
qarabağ
müdafiə nazirliyi
sülhməramlılar
xocavənd
ağdərə
https://cdnn1.img.sputnik.az/img/41070/52/410705248_0:189:2001:1314_1920x0_80_0_0_a7bf382fc47322d8c1e7d8b2427ce2f0.jpg
BAKI, 26 noyabr - Sputnik. "Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır".Bunu Müdafiə Nazirliyi bildirib."Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını rəsmi müraciətimizdə qeyd olunan düzgün toponimlərlə ifadə etməyə çağırırıq.Sonda Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların 26 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR", - açıqlamada vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41070/52/410705248_0:0:1813:1360_1920x0_80_0_0_6eeffc07edc98c9674073c216e401494.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, sülhməramlılar, xocavənd, ağdərə
müdafiə nazirliyi, sülhməramlılar, xocavənd, ağdərə
Müdafiə Nazirliyindən sülhməramlılara növbəti xatırlatma
22:06 26.11.2022 (Yenilənib: 00:00 27.11.2022) Sülhməramlıların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR.
BAKI, 26 noyabr - Sputnik. "Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır".
Bunu Müdafiə Nazirliyi bildirib.
"Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını rəsmi müraciətimizdə qeyd olunan düzgün toponimlərlə ifadə etməyə çağırırıq.
Sonda Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların 26 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR", - açıqlamada vurğulanıb.