Ölümlə rəqs edən fəhlələr - Təhlükəli görüntülər anbaan kadra düşüb - VİDEO
17:30 25.11.2022 (Yenilənib: 00:24 26.11.2022)
© Sputnik / Ilham Mustafayev fəhlə
© Sputnik / Ilham Mustafayev
Abunə olmaq
Binanın komendantı əvvəlcə "burada nə var ki?" deyir, daha sonra məsuliyyəti sakinlərin, son olaraq isə fəhlənin özünün boynuna atır.
BAKI, 25 noyabr — Sputnik. Bakıdakı binaların birində təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. Bununla bağlı görüntülər Sputnik Azərbaycan-ın obyektivinə tuş gəlib.
Hadisə paytaxtın Yasamal rayonu, Elmlər Akademiyası metro stansiyasının, Bakı Dövlət Universitetinin yeni korpusunun yaxınlığındakı, Məmməd Rahim küçəsində yerləşən 17 mərtəbəli yeni tikilidə baş verib.
Belə ki, kadrlardanda göründüyü kimi, bir neçə işçi təhlükəsizlik kəmərləri olmadan küləkli havada binanın fasadını rəngləyirlər. Hadisə ilə əlaqədar olaraq binanın komendantı Müşfiq müəllimlə əlaqə saxladıq, o isə məsələyə sadəcə olaraq belə münasibət bildirdi:
"Hava şəraiti bu dəqiqə normaldır (Red: əslində isə hava çox küləklidir). "Bizon" şirkəti tərəfindən fasad işləri görülür. Bizim bina olduğu üçün cavabdehlik daşıyırıq".
Daha sonra "Burada nə problem var ki?!", deyə qarşı tərəf bizə sual ünvanlayır. O, daha sonra "nə isə tədbir görərik", deyərək əlavə edib.
Növbəti zəngimizdə isə soyadını təqdim etməyən Müşfiq bəy öncə bildirib ki, təhlükəsizliyə binanın sakinləri, daha sonra isə ustanın özünün cavabdeh olduğunu qeyd edib:
"Ustaya təhlükəsizlik üçün hər şey verilib, yanında "prorab" da olub. Sizin zənginizdən sonra biz ustanı aşağı düşürtdük".
Əmək Məcəlləsinə nəzər yetirək:
Bu hallar əməyin mühafizəsi qaydalarının pozulması hesab edilir (Maddə 54) :
Əməyin mühafizəsi qaydalarının pozulması
Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi
Binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsi
Əmək müqaviləsi bağlanarkən işçinin
əməyin mühafizəsi hüququna təminatları
Əmək müqaviləsinin bağlanması şərtləri bu məcəllə ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır (Maddə 224):
Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir.
Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər.
Əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olmayan fəaliyyətin qadağan edilməsi (Maddə 229):
Əməyin təhlükəsizliyi normalarının və qaydalarının tələblərinə və bu Məcəllə ilə müəyyən edilmiş əməyin mühafizəsi prinsiplərinə uyğun olmayan istər işəgötürənin, istərsə də başqa vəzifəli şəxslərin, habelə müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların işi işçilərin sağlamlığı və ya həyatı üçün təhlükə törədərsə, müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən aşkar edilmiş pozuntulararadan qaldırılanadək dayandırılmalıdır.
Qeyd edək ki, məsələ ilə bağlı artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ilə müraciət etmişik.