Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Ölkənin səfərbərliyi" barədə məlumatlar həqiqətə uyğun deyil – Peskov

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, "Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə göndərdiyi və guya "ölkənin səfərbərliyi"nin elan ediləcəyi iddiası ilə bağlı KİV-dəki məlumat həqiqətə uyğun deyil".
BAKI, 25 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətinin açıqlanması üçün hələlik dəqiq tarix yoxdur. Dəqiq tarix müəyyən edilən kimi Kreml bu barədə məlumat verəcək. Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.
"Dəqiq tarix müəyyən edilən kimi sizə məlumat verəcəyik", - deyə Peskov bildirib.
Xatırladaq ki, daha əvvəl Peskov Putinin ilin sonuna qədər bəlli mesajla müraciət edəcəyini bildirmişdi.
Peskov, həmçinin, Putinin "ölkənin səfərbərliyini" elan etdiyi barədə dərc olunmuş məlumatı təkzib edib.
"Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə göndərdiyi və guya "ölkənin səfərbərliyi"nin elan ediləcəyi iddiası ilə bağlı KİV-dəki məlumat həqiqətə uyğun deyil," - deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.
Daha əvvəl "Pravda.ru" nəşri Putinin müraciətinin ilin sonuna qədər baş tutacağını, "həm əsgərlərin, həm zabitlərin, həm də iqtisadiyyatın səfərbərliyi"nin, Rusiya Federasiyasından yeni dünya "oyun qaydaları"nın və bütün rusların taleyinin müzakirə olunacağını yazmışdı.
Bu məlumatın doğru olub-olmaması ilə bağlı suala Peskov mənfi cavab verərək "xeyr" deyib.
Prezidentin mətbuat katibi "RİA Novosti"yə onu da bildirib ki, hələlik mesajın dəqiq tarixi yoxdur.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov eyni zamanda "RİA Novosti"yə onu da bildirib ki, Rusiya Prezidenti Vladimir Putin hələlik Rusiya hərbçiləri ilə ayrıca görüş keçirməyi planlaşdırmır. Belə bir qərar qəbul edildikdə, Kreml məlumat verəcək.
"Hələ ki, planlaşdırılmayıb, nə isə olarsa, biz məlumat verəcəyik", - deyə Peskov "RİA Novosti" jurnalistinin Putinin Rusiya hərbçiləri ilə görüşməyi planlaşdırıb-planlaşdırmayacağı ilə bağlı sualına cavab verib.
Cümə günü dövlət başçısı oğulları səfərbər edilmiş qadınlarla, könüllülər, müqavilə ilə xidmət edənlər və Rusiya ordusunda xidmət edən və ya birbaşa xüsusi əməliyyat zonasında olan, ya da taktiki hazırlıq və döyüş koordinasiyasından keçən hərbi qulluqçularla görüşəcək.
Peskov bundan əvvəl bildirib ki, bu, rusiyalılarla hərbçilərə və onların ailələrinə kömək etmək barədə ünsiyyət baxımından planlaşdırılan görüşlərdən biridir.
Xəbər lenti
0