QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kəlbəcərin azadlığına qovuşmasından iki il ötür

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев посетил Кяльбаджарский и Лачинский район
Президент Ильхам Алиев посетил Кяльбаджарский и Лачинский район  - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.
BAKI, 25 noyabr - Sputnik. Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
Rayonun düşmən tapdağından qurtulmasından iki il ötür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı.
Prezident İlham Əliyev Azərbaycan bayrağını Şuşa şəhərində qaldırıb - Sputnik Azərbaycan, 1920, 08.11.2024
AZƏRBAYCAN XƏBƏRLƏRİ
O möhtəşəm gündən dörd il ötür - “Əziz Şuşa, sən azadsan!"
Xəbər lenti
0