Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

2014-cü ildə Ukraynada çevriliş olmasaydı, indi hərbi əməliyyatlar olmazdı - Putin

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
RF Prezidentinin sözlərinə görə, Hitlerin göstərişi ilə rusları, polyakları, yəhudiləri güllələyən şəxslər hazırda Ukraynada milli qəhrəman rütbəsinə qaldırılıblar.
BAKI, 25 noyabr - Sputnik. 2014-cü ildə Ukraynada dövlət çevrilişi olmasaydı, indi hərbi əməliyyatlar olmayacaqdı. Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
“2000-90-cı illərin əvvəlində bizə elə gəlirdi ki, hər şey yaxşı olacaq, amma məlum oldu ki, hər şey heç də belə deyil. Üstəlik, biz hansısa qəribə gölməçədə yaşamağa və oynamağa başladıq və həvəslə bizi idarə etməyə çalışdıqlarını gördük. Və sonda bizi idarə etməyə cəhd edənlər, ümumiyyətlə, onların səyləri sayəsində biz o vəziyyətə düşdük, o cümlədən xüsusi hərbi əməliyyat zonasına, çünki onlar bunu bu vəziyyətə gətiriblər”, - deyə Putin xüsusi əməliyyat iştirakçılarının anaları ilə görüşdə bildirib.
“Amma yenə də 2014-cü ildə Ukraynada dövlət çevrilişi olmasaydı, heç nə olmazdı”, - deyə Prezident əlavə edib.
Onun sözlərinə görə, 2014-cü ildən sonra banderalılar faktiki olaraq Ukraynada bütün hakimiyyət və idarələri nəzarətə götürüblər.
"Bəs Bandera nədir? Neonasistlər. Bandera Hitlerin əlaltısı idi. Yeri gəlmişkən, o, həm rusları, həm də polyakları, yəhudiləri, oradakıların hamısını Hitlerin göstərişi ilə güllələyib və bu gün belə insanları milli qəhrəman rütbəsinə qaldırıblar”, - deyə Putin bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, RF hərbçiləri bu gün xüsusi hərbi əməliyyat zonasında döyüşürlər.
Xəbər lenti
0