https://sputnik.az/20221124/zaxarova-ukraynanin-bmt-deki-missiyasinin-rehberinin-edebsiz-jesti-haqqinda-448932357.html
Zaxarova Ukraynanın BMT-dəki missiyasının rəhbərinin ədəbsiz jesti haqqında
Zaxarova Ukraynanın BMT-dəki missiyasının rəhbərinin ədəbsiz jesti haqqında
Sputnik Azərbaycan
Mariya Zaxarova qeyd edib ki, "qürurla qaldırdıqları orta barmaqları onların biabırçı simvoluna çevrilib". 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T22:42+0400
2022-11-24T22:42+0400
2022-11-24T22:42+0400
mariya zaxarova
rusiya
vladimir zelenski
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_0:0:3368:1895_1920x0_80_0_0_332e0eae8714a0a7bae99582308bbba4.jpg
BAKI, 24 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nalayiq jest edərək Moskvanı təhqir etməyə çalışan Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanın hərəkətlərinə reaksiya verib.Çərşənbə günü Təhlükəsizlik Şurası Kiyevin tələbi ilə Ukrayna üzrə iclas keçirib. Onun ardınca Kislitsa özünün "Twitter" səhifəsində Rusiya Federasiyasının nümayəndəsini dinləməyin "onun ən dəhşətli vəzifələrindən biri" olduğu barədə şərh yazıb. Diplomat eyni zamanda yazıb ki, bu gün Ukrayna hədəflərinə zərbələr silsiləsi "ona heç bir diplomatik variant qoymur".O, Rusiya Federasiyasının rəhbərliyinə qarşı nalayiq ifadələr yazılmış köynək geyinərək əli ilə nalayiq jest edib. Üstəlik, bu fotosunu da qeydi ilə birlikdə paylaşıb. "Xarakterik xüsusiyyətləri çoxdan bəri xəsislik, qəzəb, əxlaqsızlıq, ağıldan zəiflik olan Kiyev rejiminə qalan bunlardır. Onlar qürurla orta barmaqlarını qaldıraraq dibə gedirlər, bu, onların biabırçı simvoluna çevrilib", - deyə Zaxarova qeyd edib.Kislitsa özünü ilk dəfə deyil ki, belə aparır. Oktyabr ayında Ukraynanın daimi nümayəndəsi "Twitter"də şərh dərc edərək, Moskvanın məntiqini "axmaq", Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavinini isə "BMT-nin gördüyü ən iyrənc adamlardan biri" adlandırmışdı".Kislitsa dəfələrlə Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenziyanın ünvanına da bu cür hücumlar edib.Yeri gəlmişkən, kobudluq Ukrayna diplomatik korpusunun bəzi digər nümayəndələrinə də xasdır. Oktyabr ayında Volodimir Zelenski əvvəllər rusların qətli ilə bağlı qalmaqallı açıqlama vermiş Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublevskini işdən çıxarıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_637:0:3368:2048_1920x0_80_0_0_a3141778d732e024bbfc9a542ce695d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, vladimir zelenski, ukrayna
mariya zaxarova, vladimir zelenski, ukrayna
Zaxarova Ukraynanın BMT-dəki missiyasının rəhbərinin ədəbsiz jesti haqqında
Mariya Zaxarova qeyd edib ki, "qürurla qaldırdıqları orta barmaqları onların biabırçı simvoluna çevrilib".
BAKI, 24 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nalayiq jest edərək Moskvanı təhqir etməyə çalışan Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanın hərəkətlərinə reaksiya verib.
Çərşənbə günü Təhlükəsizlik Şurası Kiyevin tələbi ilə Ukrayna üzrə iclas keçirib. Onun ardınca Kislitsa özünün "Twitter" səhifəsində Rusiya Federasiyasının nümayəndəsini dinləməyin "onun ən dəhşətli vəzifələrindən biri" olduğu barədə şərh yazıb. Diplomat eyni zamanda yazıb ki, bu gün Ukrayna hədəflərinə zərbələr silsiləsi "ona heç bir diplomatik variant qoymur".
O, Rusiya Federasiyasının rəhbərliyinə qarşı nalayiq ifadələr yazılmış köynək geyinərək əli ilə nalayiq jest edib. Üstəlik, bu fotosunu da qeydi ilə birlikdə paylaşıb.
"Xarakterik xüsusiyyətləri çoxdan bəri xəsislik, qəzəb, əxlaqsızlıq, ağıldan zəiflik olan Kiyev rejiminə qalan bunlardır. Onlar qürurla orta barmaqlarını qaldıraraq dibə gedirlər, bu, onların biabırçı simvoluna çevrilib", - deyə Zaxarova qeyd edib.
Kislitsa özünü ilk dəfə deyil ki, belə aparır. Oktyabr ayında Ukraynanın daimi nümayəndəsi "Twitter"də şərh dərc edərək, Moskvanın məntiqini "axmaq", Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavinini isə "BMT-nin gördüyü ən iyrənc adamlardan biri" adlandırmışdı".
Kislitsa dəfələrlə Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenziyanın ünvanına da bu cür hücumlar edib.
Yeri gəlmişkən, kobudluq Ukrayna diplomatik korpusunun bəzi digər nümayəndələrinə də xasdır. Oktyabr ayında Volodimir Zelenski əvvəllər rusların qətli ilə bağlı qalmaqallı açıqlama vermiş Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublevskini işdən çıxarıb.