https://sputnik.az/20221124/zaxarova--ktmt-vaxtile-nato-ya-emekdasliq-ucun-muraciet-gonderib-448927889.html
Zaxarova: " KTMT vaxtilə NATO-ya əməkdaşlıq üçün müraciət göndərib"
Zaxarova: " KTMT vaxtilə NATO-ya əməkdaşlıq üçün müraciət göndərib"
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, vaxtilə hətta NATO-ya əməkdaşlıq üçün müraciət göndərilib, lakin cavabsız qalıb. 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T15:52+0400
2022-11-24T15:52+0400
2022-11-24T15:56+0400
ktmt
rusiya
rusiya xin
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071171_0:106:3264:1942_1920x0_80_0_0_79f6a138600a917fb5b0201f542557e7.jpg
BAKI, 24 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) maraqlı ölkələr, beynəlxalq strukturlarla münasibətlərdə həmişə açıq olub və bərabərhüquqlu, hörmət əsasında dialoq qurmağa hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə deyib."Belə əməkdaşlığın faydalı olacağı bir sıra sahələr var. Söhbət beynəlxalq çağırışlara və təhdidlərə, o cümlədən beynəlxalq terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, informasiya təhlükəsizliyinə qarşı mübarizədən gedir. Elə digər mühüm sahələr də var ki, burada səylərin praktiki inteqrasiyası son dərəcə əhəmiyyətli olacaq. Avrasiya məkanında sülhün və təhlükəsizliyin qorunması baxımından bu tələb olunur", - Zaxarova bildirib.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, vaxtilə hətta NATO-ya əməkdaşlıq üçün müraciət göndərilib, lakin cavabsız qalıb.O xatırladıb ki, 2021-ci ildə KTMT-də müşahidəçi və təşkilatın tərəfdaşı statusunu təsdiq edən normativ sənədlər qüvvəyə minib.Zaxarova hesab edir ki, bu, bu maraqlı inteqrasiya birlikləri və dövlətləri strukturun işinə cəlb etmək imkanları yaradır. Rusiya diplomatı əlavə edib ki, struktur MDB və ŞƏT-i özünün prioritet tərəfdaşları sırasında görür.KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071171_267:0:2998:2048_1920x0_80_0_0_2c6ac0f73c9314bbe1ca8b8d2b42f584.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, rusiya xin, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
ktmt, rusiya xin, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Zaxarova: " KTMT vaxtilə NATO-ya əməkdaşlıq üçün müraciət göndərib"
15:52 24.11.2022 (Yenilənib: 15:56 24.11.2022) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, vaxtilə hətta NATO-ya əməkdaşlıq üçün müraciət göndərilib, lakin cavabsız qalıb.
BAKI, 24 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) maraqlı ölkələr, beynəlxalq strukturlarla münasibətlərdə həmişə açıq olub və bərabərhüquqlu, hörmət əsasında dialoq qurmağa hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə deyib.
"Belə əməkdaşlığın faydalı olacağı bir sıra sahələr var. Söhbət beynəlxalq çağırışlara və təhdidlərə, o cümlədən beynəlxalq terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, informasiya təhlükəsizliyinə qarşı mübarizədən gedir. Elə digər mühüm sahələr də var ki, burada səylərin praktiki inteqrasiyası son dərəcə əhəmiyyətli olacaq. Avrasiya məkanında sülhün və təhlükəsizliyin qorunması baxımından bu tələb olunur", - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, vaxtilə hətta NATO-ya əməkdaşlıq üçün müraciət göndərilib, lakin cavabsız qalıb.
O xatırladıb ki, 2021-ci ildə KTMT-də müşahidəçi və təşkilatın tərəfdaşı statusunu təsdiq edən normativ sənədlər qüvvəyə minib.
Zaxarova hesab edir ki, bu, bu maraqlı inteqrasiya birlikləri və dövlətləri strukturun işinə cəlb etmək imkanları yaradır. Rusiya diplomatı əlavə edib ki, struktur MDB və ŞƏT-i özünün prioritet tərəfdaşları sırasında görür.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.