Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin süni intellektin tətbiqini təklif edib

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, süni intellektin və robotlaşdırmanın tətbiqinin nəticəsində işsizlik artmır, əksinə, yeni, daha yaradıcı, mənalı və maraqlı peşələr, yüksək ixtisaslı iş yerləri yaranır.
BAKI, 24 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin istehsal şəraiti zərərli olan sahələrdə insanların əvəzinə daha çox süni intellektdən istifadə etməyi təklif edib.
"Qabaqcıl həllərin geniş istifadəsi ilk növbədə həyat səviyyəsini yaxşılaşdırmaq, insanlara yeni imkanlar yaratmaq üçün nəzərdə tutulub", - deyə Putin süni intellektlə bağlı Sber konfransında bildirib.
O əlavə edib ki, zəruri sistemlərin və sənaye robotlarının, həmçinin, avtomatlaşdırılmış iş yerlərinin tətbiqi, gündəlik funksiyaların həcmini azaltmalı, zərərli və təhlükəli istehsal sahələrində insan işini minimuma endirməlidir.
O, həmçinin qeyd edib ki, süni intellektin və robotlaşdırmanın tətbiqinin nəticəsində işsizlik artmır, əksinə, yeni, daha yaradıcı, mənalı və maraqlı peşələr, yüksək ixtisaslı iş yerləri yaranır.
Xəbər lenti
0