Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BRİKS əsl çoxtərəfli diplomatiya modelidir – Lavrov

© Sputnik / Григорий СысоевSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Sankt-Peterburqda BRİKS+ ölkələrinin IV Beynəlxalq Bələdiyyə Forumu öz işinə başlayıb.
BAKI, 24 noyabr — Sputnik.BRİKS dövlətlərarası assosiasiyasını müasir reallıqlara cavab verən əsl çoxtərəfli diplomatiya modelidir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Cümə axşamı Sankt-Peterburqda BRİKS+ ölkələrinin IV Beynəlxalq Bələdiyyə Forumu öz işinə başlayıb. Lavrovun bu forumun iştirakçılarına videomüraciətində qeyd etdiyi kimi, onun işində təkcə beş ölkənin deyil, həm də Asiya, Afrika, Mərkəzi və Cənubi Amerikanın tərəfdaş dövlətlərinin nümayəndələri iştirak edirlər.
"Biz onların assosiasiyamızla çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsində əsl marağını alqışlayırıq. Bu, təəccüblü deyil, çünki təşkilat çərçivəsindəki iş bərabərlik, qarşılıqlı hörmət və ədalət prinsiplərinə əsaslanır. BRİKS dünyanın müxtəlif regionlarını təmsil edən mədəniyyətlərin və sivilizasiyaların sinerjisini təcəssüm etdirir. Bu beynəlxalq struktur 21-ci əsrin reallıqlarına cavab verən əsl çoxtərəfli diplomatiya nümunəsidir", - deyə Rusiya XİN rəhbəri bildirib.
O, BRIKS+ Beynəlxalq Bələdiyyə Forumunu bələdiyyə və regional hakimiyyət orqanları ilə biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqə üçün tələb olunan və dinamik inkişaf edən platforma kimi xarakterizə edib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı özündə birləşdirir. Argentina, İran və İndoneziya da daxil olmaqla, bir sıra ölkələr iqtisadi bloka qoşulmaq istəyir.
Xəbər lenti
0