Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ ölkələrinin çoxu Rusiya neftinin qiymətinin 65-70 dollar olması ilə razıdır

© AFP 2024 / ASAAD NIAZIQaz, arxiv şəkli
Qaz, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Varşavanın mövqeyi qiymət tavanı və növbəti məhdudiyyətlər paketi ilə bağlı qərarın qəbulunu gecikdirir.
BAKI, 24 noyabr - Sputnik. Avropa İttifaqı ölkələrinin əksəriyyəti Rusiya neftinin qiymətinin bir barel üçün 65-70 dollar səviyyəsində məhdudlaşdırılması ilə razıdır. Polşa isə qiymət tavanının 30 dollar səviyyəsində olmasını istəyir.
“Politico” nəşri bu barədə Avropa İttifaqının rəsmi nümayəndələrinə istinadla məlumat yayıb.
Məlumata görə, ittifaq ölkələrinin səfirləri bütün gün ərzində qiymət məhdudiyyətini müzakirə etsələr də, razılığa gələ bilməyiblər. Polşa neft məsələsini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirməyə çalışır. Varşavanın mövqeyi qiymət tavanı və növbəti məhdudiyyətlər paketi ilə bağlı qərarın qəbulunu gecikdirir.
Qeyd edək ki, bir müddət öncə RF Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” forumunda çıxışı zamanı enerji resurslarının qiymətlərini məhdudlaşdıran ölkələrə tədarükü dayandıracaqlarını bildirib.
Xəbər lenti
0