https://sputnik.az/20221123/rusiya-ordusu-donetsk-istiqametinde-hucuma-kecib-448892929.html
Rusiya ordusu Donetskdə hücuma keçib
Rusiya ordusu Donetskdə hücuma keçib
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupu Zaporojye vilayətinin Novodarovka qəsəbəsi yaxınlığında məhv... 23.11.2022, Sputnik Azərbaycan
2022-11-23T17:26+0400
2022-11-23T17:26+0400
2022-11-23T17:27+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
hücum
donetsk
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443615988_0:0:3610:2032_1920x0_80_0_0_0ce70b7e11ede264a4bbf7794dd467fb.jpg
BAKI, 23 noyabr — Sputnik. Rusiya ordusu Donetsk istiqamətində hücuma keçib, Uqledar bölgəsində Ukrayna qoşunlarına zərbələr endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib."Donetsk istiqamətində Rusiya qoşunlarının bölmələri hücum əməliyyatlarını davam etdirib", - deyə Konaşenkov çərşənbə günü keçirdiyi brifinqdə bildirib və qeyd edib ki, bu istiqamətdə Ukrayna ordusunun gün ərzində itkiləri 60-dan çox hərbçi və beş zirehli döyüş maşını olub."Bundan əlavə, qabaqlayıcı atəş hücumu nəticəsində Uqledar qəsəbəsindən çıxan düşmənin ehtiyat hissələri darmadağın edilib", - Müdafiə Nazirliyinin sözçüsü bildirib."Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupu Zaporojye vilayətinin Novodarovka qəsəbəsi yaxınlığında məhv edilib", - Konaşenkov bildirib.Onun sözlərinə görə, gün ərzində bu istiqamətdə Ukrayna ordusunun itkiləri 40-dan çox ölü və yaralı, üç zirehli maşın və dörd pikap olub.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443615988_689:0:3420:2048_1920x0_80_0_0_5c064b346ac2322157c86110c85d2726.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, hücum, donetsk
Rusiya ordusu Donetskdə hücuma keçib
17:26 23.11.2022 (Yenilənib: 17:27 23.11.2022) Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupu Zaporojye vilayətinin Novodarovka qəsəbəsi yaxınlığında məhv edilib.
BAKI, 23 noyabr — Sputnik. Rusiya ordusu Donetsk istiqamətində hücuma keçib, Uqledar bölgəsində Ukrayna qoşunlarına zərbələr endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Donetsk istiqamətində Rusiya qoşunlarının bölmələri hücum əməliyyatlarını davam etdirib", - deyə Konaşenkov çərşənbə günü keçirdiyi brifinqdə bildirib və qeyd edib ki, bu istiqamətdə Ukrayna ordusunun gün ərzində itkiləri 60-dan çox hərbçi və beş zirehli döyüş maşını olub.
"Bundan əlavə, qabaqlayıcı atəş hücumu nəticəsində Uqledar qəsəbəsindən çıxan düşmənin ehtiyat hissələri darmadağın edilib", - Müdafiə Nazirliyinin sözçüsü bildirib.
"Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupu Zaporojye vilayətinin Novodarovka qəsəbəsi yaxınlığında məhv edilib", - Konaşenkov bildirib.
Onun sözlərinə görə, gün ərzində bu istiqamətdə Ukrayna ordusunun itkiləri 40-dan çox ölü və yaralı, üç zirehli maşın və dörd pikap olub.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.