Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin kasıb ölkələrə gübrə verilməsinin qarşısının alınmasını qəbuledilməz adlandırıb

© Sputnik / POOL / Mediabanka keçidPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, biz hər şeyi etməliyik ki, ilk növbədə çox yaxşı göstəricilər nümayiş etdirən kənd təsərrüfatı istehsalçılarımızın maraqlarını təmin edək.
BAKI, 23 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının pulsuz verməyə hazır olduğu gübrələrin ehtiyacı olan ölkələrə tədarükünün qarşısının alınmasını qəbuledilməz adlandırıb.
"Mənimlə birbaşa Afrikanın bir neçə ölkəsinin rəhbərləri əlaqə saxlayıblar. Onlar təbii ki, nə baş verdiyini anlamırlar, çünki söhbət ən yoxsul ölkələrə yardımın zəruriliyindən və ərzaq təhlükəsizliyi ilə tamamilə əlaqəsi olmayan məsələlərdən gedir. Bunlar çatdırılmalara, hətta təmənnasız çatdırılmalara da mane olurlar. Bu, tamamilə qəbuledilməzdir. Amma bu baş verir", - Rusiya Prezidenti "Uralxim" şirkətinin rəhbəri Dmitri Mazepinlə görüşdə deyib.
"Əlbəttə ki, biz hər şeyi etməliyik ki, ilk növbədə çox yaxşı göstəricilər nümayiş etdirən kənd təsərrüfatı istehsalçılarımızın maraqlarını təmin edək, həm də bizim ənənəvi müştərilərimizə, istehlakçılara, həm də bu sahədə inkişaf etməkdə olan ölkələrə, dostlarımıza dəstək olaq", - Putin əlavə edib.
O bildirib ki, ilk növbədə, söhbət Afrika ölkələrindən gedir.
Xəbər lenti
0