QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda azad edilmiş ərazidə insan sümükləri aşkarlanıb

© Sputnik / Ilham Mustafayev Tovuz rayonunda kütləvi şəkildə qalaqlanmış insan sümükləri tapılıb
Tovuz rayonunda kütləvi şəkildə qalaqlanmış insan sümükləri tapılıb - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub
BAKI, 23 noyabr — Sputnik. Ağdamda insan sümükləri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.
Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.
Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində ötən ay təmir tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı deyib.
O bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib: “İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub. Hazırda araşdırma aparılır".
Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkarlanmışdı.
Xəbər lenti
0