https://sputnik.az/20221122/rusiya-turkiyenin-tehlukesizlikle-bagli-narahatligini-anlayir---peskov-448846180.html
Rusiya Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını anlayır - Peskov
Rusiya Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını anlayır - Peskov
Sputnik Azərbaycan
Peskov qeyd edib ki, Rusiya bütün tərəfləri "bütövlükdə vəziyyətin ciddi şəkildə destabilizasiyasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır. 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T15:51+0400
2022-11-22T15:51+0400
2022-11-22T15:51+0400
dmitri peskov
rəcəb tayyip ərdoğan
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443018299_0:0:3072:1728_1920x0_80_0_0_b3d11e17c48ce20f8d0d34292a78c46b.jpg
BAKI, 22 noyabr — Sputnik. Rusiya Türkiyənin Suriyadakı vəziyyətlə bağlı təhlükəsizlik narahatlığını anlayır, lakin bütün tərəfləri vəziyyəti aöırlaşdıra biləcək addımlardan çəkinməyə çağırır. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya tərəfinin 2019-cu il razılaşmasına əsasən, Suriya bölgələrini kürd silahlı birləşmələrindən "təmizləmək" öhdəliyini yerinə yetirə bilməməsi bəyanatına Kremlin necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyənin öz təhlükəsizliyinin təmin edilməsi ilə bağlı narahatlığını başa düşürük və buna hörmət edirik:Peskov qeyd edib ki, Rusiya bütün tərəfləri "bütövlükdə vəziyyətin ciddi şəkildə destabilizasiyasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır."Bu, bumeranq kimi geri qayıda, təhlükəsizliyi daha da çətinləşdirə bilər", - Kreml sözçüsü vurğulayıb.Bir müddət əvvəl Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirmişdi ki, Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkinli olmağa çağırır və gərginliyin artmasına yol vermək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443018299_341:0:3072:2048_1920x0_80_0_0_0902d7013f5396db19994d0374c6a872.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, rəcəb tayyip ərdoğan
dmitri peskov, rəcəb tayyip ərdoğan
Rusiya Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını anlayır - Peskov
Peskov qeyd edib ki, Rusiya bütün tərəfləri "bütövlükdə vəziyyətin ciddi şəkildə destabilizasiyasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır.
BAKI, 22 noyabr — Sputnik. Rusiya Türkiyənin Suriyadakı vəziyyətlə bağlı təhlükəsizlik narahatlığını anlayır, lakin bütün tərəfləri vəziyyəti aöırlaşdıra biləcək addımlardan çəkinməyə çağırır. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya tərəfinin 2019-cu il razılaşmasına əsasən, Suriya bölgələrini kürd silahlı birləşmələrindən "təmizləmək" öhdəliyini yerinə yetirə bilməməsi bəyanatına Kremlin necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyənin öz təhlükəsizliyinin təmin edilməsi ilə bağlı narahatlığını başa düşürük və buna hörmət edirik:
"Hesab edirik ki, bu, Türkiyənin qanuni haqqıdır".
Peskov qeyd edib ki, Rusiya bütün tərəfləri "bütövlükdə vəziyyətin ciddi şəkildə destabilizasiyasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır.
"Bu, bumeranq kimi geri qayıda, təhlükəsizliyi daha da çətinləşdirə bilər", - Kreml sözçüsü vurğulayıb.
Bir müddət əvvəl Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirmişdi ki, Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkinli olmağa çağırır və gərginliyin artmasına yol vermək olmaz.