https://sputnik.az/20221122/polsa-atet-i-mehv-edir---zaxarova-448842455.html
Polşa ATƏT-i məhv edir - Zaxarova
Polşa ATƏT-i məhv edir - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını... 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T14:34+0400
2022-11-22T14:34+0400
2022-11-22T14:34+0400
rusiya
mariya zaxarova
lavrov
polşa
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426843236_0:0:2933:1649_1920x0_80_0_0_9f46f0f0f59de67c23fcff8cdd439b80.jpg
BAKI, 22 noyabr — Sputnik. Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasında iştirakından imtina etməklə, bu təşkilatın özünü məhv edir.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib."Söhbət təkcə bir dövlət kimi Polşadan deyil, ATƏT-ə sədrlik edən və bütün üzv ölkələr üçün bərabər iş şəraiti təmin etməli olan ölkədən gedir. Polşa Avropada təşkilatın öz sisteminə, təhlükəsizlik və əməkdaşlığına zərbə vurur", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.Zaxarova, ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını xatırladıb:"Bu gün Polşa sədrliyi faktiki olaraq bu danışıqlar platformasını məhv edir".Qeyd edək ki, ATƏT-in hazırkı sədri olan Polşa Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının 1-2 dekabr tarixlərində Lodz şəhərində keçiriləcək iclasında iştirakına icazə verməyib. İclasda Rusiya nümayəndə heyətinə ATƏT-dəki daimi nümayəndə Aleksandr Lukaşeviç rəhbərlik edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426843236_0:0:2731:2048_1920x0_80_0_0_784c377920d1e1644c213fe9f3dd1e98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, lavrov, polşa
mariya zaxarova, lavrov, polşa
Polşa ATƏT-i məhv edir - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını xatırladıb.
BAKI, 22 noyabr — Sputnik. Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasında iştirakından imtina etməklə, bu təşkilatın özünü məhv edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Söhbət təkcə bir dövlət kimi Polşadan deyil, ATƏT-ə sədrlik edən və bütün üzv ölkələr üçün bərabər iş şəraiti təmin etməli olan ölkədən gedir. Polşa Avropada təşkilatın öz sisteminə, təhlükəsizlik və əməkdaşlığına zərbə vurur", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova, ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını xatırladıb:
"Bu gün Polşa sədrliyi faktiki olaraq bu danışıqlar platformasını məhv edir".
Qeyd edək ki, ATƏT-in hazırkı sədri olan Polşa Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının 1-2 dekabr tarixlərində Lodz şəhərində keçiriləcək iclasında iştirakına icazə verməyib. İclasda Rusiya nümayəndə heyətinə ATƏT-dəki daimi nümayəndə Aleksandr Lukaşeviç rəhbərlik edəcək.