Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əliyev və Putin Soçi razılaşmalarının icrasını müzakirə ediblər

© Official website of President of Azerbaijan RepublicVladimir Putin və İlham Əliyev
Vladimir Putin və İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 22.11.2022
Abunə olmaq
Liderlər Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi üçün üçtərəfli formatda işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
BAKI, 22 noyabr - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların praktiki icrasını müzakirə edib. Bu barədə Kreml məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il oktyabrın 31-də Soçidə əldə etdikləri razılaşmaların, eləcə də üç ölkənin ən yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələləri nəzərdən keçirilib”, - deyə məlumatda bildirilir.
Liderlər Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi, eləcə də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası məsələsi üzrə üçtərəfli formatda işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
“Energetika sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib”, - deyə Kremlin məlumatda qeyd edilir.
Xəbər lenti
0