https://sputnik.az/20221122/bakida-daha-25-eded-yeni-avtobus-xette-buraxilacaq-448834556.html
Bakıda daha 25 ədəd yeni avtobus xəttə buraxılacaq
Bakıda daha 25 ədəd yeni avtobus xəttə buraxılacaq
Sputnik Azərbaycan
Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi həmin marşrut xətti üzrə avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T13:51+0400
2022-11-22T13:51+0400
2022-11-22T13:51+0400
avtobus
paytaxt xəbərləri
bakı
azərbaycan
marşrut
https://cdnn1.img.sputnik.az/img/42209/96/422099629_0:0:3073:1728_1920x0_80_0_0_8c4f3edb6f110c3f79ddb08942121296.jpg
BAKI, 22 noyabr — Sputnik. Azərbaycan Türkiyənin "Anadolu İsuzu" şirkətindən 25 ədəd 12 metrlik "İsuzu Citiport" markalı avtobus alıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.AVRO-6 standartlarına cavab verən avtobusların 15-i artıq paytaxta gətirilib. Daha 10 ədəd avtobus isə yaxın vaxtlarda Bakıya çatdırılacaq.Yeni 15 avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq. Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi həmin marşrut xətti üzrə avtobusların texniki vəziyyəti qənaətbəxş deyil.Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur. Yeni avtobusların istismara verilməsi Biləcəri qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək.Gətiriləcək digər 10 ədəd avtobus isə 133 nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq.Son 7 ildə Bakıya 1 500 ədədə yaxın sərnişindaşıma tələblərinə cavab verən orta və iritutumlu avtobuslar gətirilərək istismara verilib. Ümumilikdə müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 70%-i yenilənib. Avtobusların böyük əksəriyyəti dövlət investitisiyası hesabına alınıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42209/96/422099629_110:0:2841:2048_1920x0_80_0_0_4aada1aac2761ffcb15e6454f928edef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avtobus, bakı, azərbaycan, marşrut
avtobus, bakı, azərbaycan, marşrut
Bakıda daha 25 ədəd yeni avtobus xəttə buraxılacaq
Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi həmin marşrut xətti üzrə avtobusların texniki vəziyyəti qənaətbəxş deyil.
BAKI, 22 noyabr — Sputnik. Azərbaycan Türkiyənin "Anadolu İsuzu" şirkətindən 25 ədəd 12 metrlik "İsuzu Citiport" markalı avtobus alıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
AVRO-6 standartlarına cavab verən avtobusların 15-i artıq paytaxta gətirilib. Daha 10 ədəd avtobus isə yaxın vaxtlarda Bakıya çatdırılacaq.
Yeni 15 avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq. Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi həmin marşrut xətti üzrə avtobusların texniki vəziyyəti qənaətbəxş deyil.
Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur. Yeni avtobusların istismara verilməsi Biləcəri qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək.
Gətiriləcək digər 10 ədəd avtobus isə 133 nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq.
Son 7 ildə Bakıya 1 500 ədədə yaxın sərnişindaşıma tələblərinə cavab verən orta və iritutumlu avtobuslar gətirilərək istismara verilib. Ümumilikdə müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 70%-i yenilənib. Avtobusların böyük əksəriyyəti dövlət investitisiyası hesabına alınıb.