Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Saxalindəki faciə zamanı ölənlərin sayı 9-a çatıb

© Photo : СК РФ / Mediabanka keçidSaxalində partlayış baş vermiş bina
Saxalində partlayış baş vermiş bina - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
Yerli hakimiyyət orqanları hadisənin ilkin səbəbi kimi məişət qaz balonlarının düzgün saxlanmaması və istismarını göstərib.
BAKI, 19 noyabr - Sputnik. Saxalindəki binada məişət qazının partlaması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, onlardan dördü uşaqdır. Bu barədə Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib.
"Rəqəm artıq 9-dur. 8 yox, 9, 4-ü uşaqdır", - deyə Limarenko "Rossiya 24" telekanalının efirində bildirib.
***
Saxalində binanın bir hissəsinin uçması nəticəsində ölənlərin sayı, ilkin məlumata görə, 8 nəfərə çatıb. Bunu Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib.
“Mən Timovskoyedə hadisə yerində işləyirəm. Əməliyyat qərargahına rəhbərlik edirəm. İlkin məlumata görə, ölənlərin sayı 8 nəfərə çatıb", - deyə bölgə rəhbəri Telegram kanalında bildirib.
***
Rusiyanın Saxalin vilayətində yaşayış binasında qaz partlayışı nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər ölüb, daha 3 nəfərin axtarışları davam edir. Bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib.
“Saat 16:45-ə (Moskva vaxtı ilə 08:45) görə, Tımovskidəki evdə partlayış zamanı 7 nəfər ölüb, üçü uşaqdır. Daha 3 sakinin axtarışları davam edir", - deyə bölgə rəhbəri Telegram kanalında yazıb.
O, daha əvvəl qeyd edib ki, evin dağılmış hissəsində 33 nəfər yaşayır.
Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, ilkin məlumatlara görə, Saxalində beşmərtəbəli yaşayış binasında məişət qazı partlayıb, beşinci mərtəbədən birinci mərtəbəyə qədər çöküb, insanlar dağıntılar altında qala bilər.
Limarenko da öz növbəsində bildirib ki, hadisə Tymovskoye kəndində, Biblioteçnaya küçəsi, 6a ünvanında baş verib. Daha sonra o, evə qaz verilmədiyinə aydınlıq gətirib və partlayışın səbəblərinin araşdırıldığını bildirib.
Yerli hakimiyyət orqanları hadisənin ilkin səbəbi kimi məişət qaz balonlarının düzgün saxlanmaması və istismarını göstərib.
Xəbər lenti
0