Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri bir gündə 10 Ukrayna PUA-sını vurub

© Пресс-служба Минобороны РФ / Mediabanka keçidKa-52 рücum helikopterləri Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqəsini məhv edib, arxiv şəkli
Ka-52 рücum helikopterləri Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqəsini məhv edib, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
Xüsusi hərbi əməliyyat başlayandan indiyədək 300-dən çox təyyarə, 170 helikopter, 2,5 min PUA, 380 zenit-raket kompleksi, 6,7 min tank və digər zirehli döyüş texnikası məhv edilib.
BAKI, 19 noyabr - Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində 10 Ukrayna pilotsuz təyyarəsini vurub. Bu barədə şənbə günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"LXR" və Xarkov vilayətində Rusiya hərbçiləri bir gündə 110-a yaxın ukraynalı hərbçi və xarici muzdluları məhv edib", - deyə məlumatda bildirilir.
Nazirliyin məlumatına görə, Kupyansk istiqamətində Xarkov vilayətinin rayonlarından muzdlular tərəfindən gücləndirilmiş Ukrayna bölük taktiki qruplarının hücumlarının qarşısı alınıb.
“Artilleriya atəşi, hücum və ordu aviasiyasının zərbələri nəticəsində 60-dan çox Ukrayna hərbçisi və muzdlusu, üç tank, bir piyada döyüş maşını və iki zirehli transportyor məhv edilib”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Bundan əlavə bildirilib ki, “Donetsk Xalq Respublikası"nda Rusiya qoşunlarının hücum əməliyyatları zamanı 120-dən çox ukraynalı hərbçi, iki tank, üç zirehli döyüş maşını və yeddi texnika məhv edilib.
Nazirliyin məlumatına görə, sutka ərzində əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələri Xarkov vilayəti, "DXR", "LXR", Xerson vilayətində doqquz komanda məntəqəsini, o cümlədən atəş mövqelərində 86 artilleriya bölməsini, 176 rayonda canlı qüvvə və hərbi texnikanı vurub.
Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı artıq 6700-dən çox Ukrayna tankı və digər döyüş zirehli texnikası məhv edilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 333 təyyarə, 177 helikopter, 2532 pilotsuz uçuş aparatı, 388 zenit-raket kompleksi, 6705 tank və digər zirehli döyüş texnikası, 897 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3599 sahə artilleriya qurğuları və minaatan, o cümlədən 7273 ədəd xüsusi təyinatlı hərbi texnika”, - deyə məlumatda bildirilir.
Xəbər lenti
0