Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var

© Photo : APABakıda yol-nəqliyyat hadisəsi
Bakıda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
"Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək", deyə Araz Əsgərli əlavə edib.
BAKI, 19 noyabr - Sputnik. Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
"Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək", deyə Araz Əsgərli əlavə edib.
Qeyd edək ki, bu gün Bakının Nəsimi rayonunda da yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şəmsi Bədəlbəyli küçəsində, Qış Parkının yaxınlığında qeydə alınıb.
Belə ki, “Honda” markalı nəqliyyat vasitəsi, “Toyota” markalı avtomobillə toqquşub.
İdarəetməni itirən “Honda”nın sürücüsü avtomobili dəmir arakəsməyə vuraraq dayanıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində “Honda”nın sürücüsü başından və qolundan xəsarət alıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0