Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İsveç agentliyi araşdırmadan sonra "Şimal axını"nda təxribatla bağlı sübutlar tapıb

© Guardia Costera Sueca viá APŞimal axını -2 qaz kəmərində sızma yeri
Şimal axını -2 qaz kəmərində sızma yeri - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Boru kəmərindəki partlayışları araşdırmaq üçün İsveç təhlükəsizlik xidməti "gücləndirilmiş rejimdə işləyir".
BAKI, 18 noyabr — Sputnik. "Şimal axını"nda baş vermiş insidentlə bağlı aparılan araşdırmalar onun təxribat olduğunu göstərib. Partlayışlar nəticəsində qaz kəmərlərinə ciddi ziyan dəyməsi sənədləşdirilib.
Bu barədə İsveç Təhlükəsizlik Xidmətinin press-relizində söhbət açılıb.
Bəyanata görə, İsveç təhlükəsizlik xidməti boru kəmərindəki partlayışları araşdırmaq üçün "gücləndirilmiş rejimdə işləyir".
"Bu araşdırma göstərir ki, boru kəmərləri kobud təxribata məruz qalıb", - deyə press-relizdə vurğulanır.
Qeyd olunub ki, Baltik dənizində aparılan araşdırmalar zamanı "partlayışlar nəticəsində qaz kəmərlərinə ciddi ziyan dəyməsi diqqətlə sənədləşdirilib".
Terror aktları sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində - "Şimal axını" və "Şimal axını 2"də, demək olar ki, eyni zamanda baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmirlər.
"Şimal axını"nın operatoru olan "Nord Stream AG" qaz kəmərlərindəki fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı iş açıb.
Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin, "Qazprom"a "Şimal axını"nda partlayış baş verən əraziyə baxış keçirməyə icazə verildiyini bəyan edib. Putin, həmçinin, bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.
Xəbər lenti
0