https://sputnik.az/20221118/simal-axinina-deymis-ziyanin-tam-qiymetlendirilmesini-gozlemek-lazimdir---peskov-448715078.html
"Şimal axını"na dəymiş ziyanın tam qiymətləndirilməsini gözləmək lazımdır - Peskov
"Şimal axını"na dəymiş ziyanın tam qiymətləndirilməsini gözləmək lazımdır - Peskov
Sputnik Azərbaycan
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, ekspertlər bərpa olunması və ya olunmaması perspektivləri barədə nəticə çıxarmazdan əvvəl zərər məlumatlarını... 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T15:47+0400
2022-11-18T15:47+0400
2022-11-18T15:47+0400
peskov
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
"şimal axını-2"
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437520356_0:0:3007:1691_1920x0_80_0_0_cc92467b7c87bd5400cf61ee54448dbd.jpg
BAKI, 18 noyabr — Sputnik. "Şimal axını"nın təmiri perspektivlərindən danışmazdan əvvəl, dəymiş ziyanın tam qiymətləndirilməsini gözləmək lazımdır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.İsveç Təhlükəsizlik Xidməti daha əvvəl bildirmişdi ki, "Şimal axını"nda baş vermiş insidentlə bağlı aparılan araşdırmalar bunun təxribat olduğunu göstərib, partlayışlar nəticəsində qaz kəmərlərinə ciddi ziyan dəyməsi sənədləşdirilib."Birincisi, zərərin tam qiymətləndirilməsini gözləməliyik. Ekspertlər bərpa olunmması və ya olunmaması perspektivləri barədə nəticə çıxarmazdan əvvəl zərər məlumatlarını təhlil etməliyik. Bilirsiniz ki, zərər sahələrinin birgə araşdırılması təşəbbüsü üçün icazə var. Burada səbirli olmalı və bizim tərəfimizdə olan iştirakçı Qazpromdan məlumat gözləməliyik", - deyə Peskov bildirib.Hücumlar sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Qazprom"a "Şimal axını"nda partlayış baş verən əraziyə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona təhqiqatlar haqqında məlumat verib. Putin həmçinin bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437520356_0:0:2731:2048_1920x0_80_0_0_5b0772cae920f80cb2ec456c2fd83e50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, "şimal axını-2"
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, "şimal axını-2"
"Şimal axını"na dəymiş ziyanın tam qiymətləndirilməsini gözləmək lazımdır - Peskov
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, ekspertlər bərpa olunması və ya olunmaması perspektivləri barədə nəticə çıxarmazdan əvvəl zərər məlumatlarını təhlil etməliyik.
BAKI, 18 noyabr — Sputnik. "Şimal axını"nın təmiri perspektivlərindən danışmazdan əvvəl, dəymiş ziyanın tam qiymətləndirilməsini gözləmək lazımdır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
İsveç Təhlükəsizlik Xidməti daha əvvəl bildirmişdi ki, "Şimal axını"nda baş vermiş insidentlə bağlı aparılan araşdırmalar bunun təxribat olduğunu göstərib, partlayışlar nəticəsində qaz kəmərlərinə ciddi ziyan dəyməsi sənədləşdirilib.
"Birincisi, zərərin tam qiymətləndirilməsini gözləməliyik. Ekspertlər bərpa olunmması və ya olunmaması perspektivləri barədə nəticə çıxarmazdan əvvəl zərər məlumatlarını təhlil etməliyik. Bilirsiniz ki, zərər sahələrinin birgə araşdırılması təşəbbüsü üçün icazə var. Burada səbirli olmalı və bizim tərəfimizdə olan iştirakçı Qazpromdan məlumat gözləməliyik", - deyə Peskov bildirib.
Hücumlar sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Qazprom"a "Şimal axını"nda partlayış baş verən əraziyə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona təhqiqatlar haqqında məlumat verib. Putin həmçinin bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.