https://sputnik.az/20221118/moskvada-rusiya-azerbaycan-ekspert-surasinin-ikinci-iclasi-kecirilib-448714109.html
Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclası keçirilib
Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclası keçirilib
Sputnik Azərbaycan
Rusiya və Azərbaycanın müstəqil dövlətlər kimi davamlı strateji tərəfdaşlığı çoxqütblü dünya şəraitində suveren oyunçuların qarşılıqlı münasibətlərinin modeli... 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T15:30+0400
2022-11-18T15:30+0400
2022-11-18T15:30+0400
moskva
rusiya
azərbaycan xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/12/448698105_0:84:892:586_1920x0_80_0_0_6325db38759efd762bfbd77900700df2.jpg
BAKI, 18 noyabr — Sputnik. Moskvada noyabrın 17-də Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyi: keçilmiş yol və ikitərəfli münasibətlərin inkişafı perspektivləri regional və qlobal əməkdaşlıq kontekstində" mövzusuna həsr edilmiş ikinci iclası keçirilib. Tədbir Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən təşkil edilib.Tədbiri RBMŞ-nin baş direktoru Andrey Kortunov və BMTM-nin sədri Fərid Şəfiyev açıb. RF Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədr müavini Kazbek Taysayev, Azərbaycan XİN-in Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Milli Məclisin deputatı Nizami Səfərov və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İvan Qluşko açılış mərasimində çıxış ediblər. Onlar vurğulayıblar ki, Rusiya-Azərbaycan münasibətləri tərəflərin mənafelərinə qarşılıqlı hörmət kimi möhkəm təmələ, tarixi köklərə və iki ölkənin liderləri – Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında yüksək etimada əsaslanır.Kazbek Taysayev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında, əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli münasibətlərin inkişafına Prezident İlham Əliyevin töhfəsini Rusiyada yüksək qiymətləndirirlər. Gələn il Heydər Əliyevin anadan olmasının 100 illiyi Rusiya Federasiyasında geniş qeyd ediləcək. Bu, xalqlarımızın ortaq tarixində bu dahi şəxsiyyətin rolunu bir daha müzakirə etməyə imkan verəcək.Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov qeyd edib ki, Rusiya və Azərbaycanın müstəqil dövlətlər kimi qarşılıqlı fəaliyyətdə olduğu 30 il ərzində onların davamlı strateji tərəfdaşlığı çoxqütblü dünya şəraitində suveren oyunçuların qarşılıqlı münasibətlərinin modeli ola bilər.Qeyri-rəsmi şəraitdə, interaktiv dialoq formatında aparılan müzakirələr zamanı spikerlər yeni reallıqlar şəraitində Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulmasına Rusiyanın və Azərbaycanın yanaşmalarını nəzərdən keçiriblər. Bu xüsusda hərbi gərginliyin yeni eskalasiyasının qarşısının alınmasında Rusiya və Azərbaycanın mövqelərinin üst-üstə düşməsi bir daha vurğulanıb, Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının tam yerinə yetirilməsinə sadiqlik, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və sərhədin delimitasiyası, habelə ictimai təşkilatlar, ekspertlər və parlamentarilər arasında dialoqun genişləndirilməsinin vacibliyi qeyd edilib.RAEŞ-in üzvləri razılaşıblar ki, regionun iqtisadi inkişafı üzrə tərəflərin əməkdaşlığının gücləndirilməsi, bununla əlaqədar Cənubi Qafqaz regionunda etimadın və möhkəm sülhün bərqərar olması, qlobal və regional nəqliyyat-logistika kommunikasiyalarının nizamlanmasında ikitərəfli əməkdaşlıq zəruridir. Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması üzrə dair Üçtərəfli İşçi Qrupunun işinin zəruriliyi, Rusiya Federasiyası və Azərbaycan Respublikasının əməkdaşlığı çərçivəsində həyata keçirilən "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin beynəlxalq nəqliyyat-logistika sisteminin turbulentliyi şəraitində rolunun artması vurğulanıb.Tədbir iştirakçıları xüsusən şuranın iclaslarının müntəzəm keçirilməsi yolu ilə Rusiya-Azərbaycan qarşılıqlı anlaşmasının səviyyəsini artırmağa hazır olduqlarını bildiriblər. Bununla əlaqədar, şura iclasının iştirakçıları RAEŞ tərəfindən iki ölkənin strateji tərəfdaşlığının müxtəlif cəhətlərinə aid praktiki tövsiyələrin əks olunduğu rəsmi sənəd qəbul ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/12/448698105_0:0:892:669_1920x0_80_0_0_564e1afc2376a87ad46cde59cae3415f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva, azərbaycan xarici işlər nazirliyi
moskva, azərbaycan xarici işlər nazirliyi
Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclası keçirilib
Rusiya və Azərbaycanın müstəqil dövlətlər kimi davamlı strateji tərəfdaşlığı çoxqütblü dünya şəraitində suveren oyunçuların qarşılıqlı münasibətlərinin modeli ola bilər.
BAKI, 18 noyabr — Sputnik. Moskvada noyabrın 17-də Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyi: keçilmiş yol və ikitərəfli münasibətlərin inkişafı perspektivləri regional və qlobal əməkdaşlıq kontekstində" mövzusuna həsr edilmiş ikinci iclası keçirilib. Tədbir Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən təşkil edilib.
Tədbiri RBMŞ-nin baş direktoru Andrey Kortunov və BMTM-nin sədri Fərid Şəfiyev açıb. RF Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədr müavini Kazbek Taysayev, Azərbaycan XİN-in Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Milli Məclisin deputatı Nizami Səfərov və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İvan Qluşko açılış mərasimində çıxış ediblər. Onlar vurğulayıblar ki, Rusiya-Azərbaycan münasibətləri tərəflərin mənafelərinə qarşılıqlı hörmət kimi möhkəm təmələ, tarixi köklərə və iki ölkənin liderləri – Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında yüksək etimada əsaslanır.
Kazbek Taysayev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında, əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli münasibətlərin inkişafına Prezident İlham Əliyevin töhfəsini Rusiyada yüksək qiymətləndirirlər. Gələn il Heydər Əliyevin anadan olmasının 100 illiyi Rusiya Federasiyasında geniş qeyd ediləcək. Bu, xalqlarımızın ortaq tarixində bu dahi şəxsiyyətin rolunu bir daha müzakirə etməyə imkan verəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov qeyd edib ki, Rusiya və Azərbaycanın müstəqil dövlətlər kimi qarşılıqlı fəaliyyətdə olduğu 30 il ərzində onların davamlı strateji tərəfdaşlığı çoxqütblü dünya şəraitində suveren oyunçuların qarşılıqlı münasibətlərinin modeli ola bilər.
Qeyri-rəsmi şəraitdə, interaktiv dialoq formatında aparılan müzakirələr zamanı spikerlər yeni reallıqlar şəraitində Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulmasına Rusiyanın və Azərbaycanın yanaşmalarını nəzərdən keçiriblər. Bu xüsusda hərbi gərginliyin yeni eskalasiyasının qarşısının alınmasında Rusiya və Azərbaycanın mövqelərinin üst-üstə düşməsi bir daha vurğulanıb, Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının tam yerinə yetirilməsinə sadiqlik, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və sərhədin delimitasiyası, habelə ictimai təşkilatlar, ekspertlər və parlamentarilər arasında dialoqun genişləndirilməsinin vacibliyi qeyd edilib.
RAEŞ-in üzvləri razılaşıblar ki, regionun iqtisadi inkişafı üzrə tərəflərin əməkdaşlığının gücləndirilməsi, bununla əlaqədar Cənubi Qafqaz regionunda etimadın və möhkəm sülhün bərqərar olması, qlobal və regional nəqliyyat-logistika kommunikasiyalarının nizamlanmasında ikitərəfli əməkdaşlıq zəruridir. Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması üzrə dair Üçtərəfli İşçi Qrupunun işinin zəruriliyi, Rusiya Federasiyası və Azərbaycan Respublikasının əməkdaşlığı çərçivəsində həyata keçirilən "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin beynəlxalq nəqliyyat-logistika sisteminin turbulentliyi şəraitində rolunun artması vurğulanıb.
Tədbir iştirakçıları xüsusən şuranın iclaslarının müntəzəm keçirilməsi yolu ilə Rusiya-Azərbaycan qarşılıqlı anlaşmasının səviyyəsini artırmağa hazır olduqlarını bildiriblər. Bununla əlaqədar, şura iclasının iştirakçıları RAEŞ tərəfindən iki ölkənin strateji tərəfdaşlığının müxtəlif cəhətlərinə aid praktiki tövsiyələrin əks olunduğu rəsmi sənəd qəbul ediblər.