https://sputnik.az/20221118/ktmt-olkelerinin-liderleri-revana-gedirler-putin-de-orada-olacaq-448710235.html
KTMT ölkələrinin liderləri İrəvana gedirlər: Putin də orada olacaq
KTMT ölkələrinin liderləri İrəvana gedirlər: Putin də orada olacaq
Sputnik Azərbaycan
İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual problemləri və sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələri müzakirə olunacaq. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T14:05+0400
2022-11-18T14:05+0400
2022-11-18T14:05+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
ktmt
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441972462_0:75:3076:1805_1920x0_80_0_0_cf865c8c79e8003d65feb4aef0e5e310.jpg
BAKI, 18 noyabr — Sputnik. KTMT-yə üzv ölkələrin liderləri noyabrın 23-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb."Tədbirdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı gözlənilir. Görüşdə KTMT-nin baş katibi Stanislav Zas da iştirak edəcək", - deyə mətbuat xidmətindən bildirilib.İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual problemləri və sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələri müzakirə olunacaq."Ən vacib məsələlərdən biri KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlərin müzakirəsi olacaq. XTK-nın sessiyası zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbul ediləcəyi gözlənilir", - mətbuat xidməti qeyd edib.Bundan əlavə, KTMT-də sədrliyin Belarusa keçməsini nəzərə alaraq, Lukaşenko ölkənin gələn il həyata keçiriləcək prioritetlərini təqdim edəcək.İclasın gündəliyinə sülhməramlı qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, KTMT-nin radiasiya, kimyəvi və bioloji müdafiə və tibbi təminatın birgə formalaşdırılması, habelə muzdlu əməliyyat-profilaktik tədbirlər kompleksinə regional antiterror əməliyyatı statusu verilməsi daxildir. Eyni zamanda KTMT-nin 2023-cü il büdcəsinə baxılacaq.Həmçinin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçiriləcək. İclasda KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət müzakirə olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441972462_208:0:2937:2047_1920x0_80_0_0_56ea29a5b5e4aea735a459d52ee7f2bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, rusiya prezidenti vladimir putin, ktmt, ermənistan
putin, rusiya prezidenti vladimir putin, ktmt, ermənistan
KTMT ölkələrinin liderləri İrəvana gedirlər: Putin də orada olacaq
İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual problemləri və sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələri müzakirə olunacaq.
BAKI, 18 noyabr — Sputnik. KTMT-yə üzv ölkələrin liderləri noyabrın 23-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"Tədbirdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı gözlənilir. Görüşdə KTMT-nin baş katibi Stanislav Zas da iştirak edəcək", - deyə mətbuat xidmətindən bildirilib.
İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual problemləri və sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələri müzakirə olunacaq.
"Ən vacib məsələlərdən biri KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlərin müzakirəsi olacaq. XTK-nın sessiyası zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbul ediləcəyi gözlənilir", - mətbuat xidməti qeyd edib.
Bundan əlavə, KTMT-də sədrliyin Belarusa keçməsini nəzərə alaraq, Lukaşenko ölkənin gələn il həyata keçiriləcək prioritetlərini təqdim edəcək.
İclasın gündəliyinə sülhməramlı qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, KTMT-nin radiasiya, kimyəvi və bioloji müdafiə və tibbi təminatın birgə formalaşdırılması, habelə muzdlu əməliyyat-profilaktik tədbirlər kompleksinə regional antiterror əməliyyatı statusu verilməsi daxildir. Eyni zamanda KTMT-nin 2023-cü il büdcəsinə baxılacaq.
Həmçinin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçiriləcək. İclasda KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət müzakirə olunacaq.