https://sputnik.az/20221118/ki-lider-telefonda-danisdi-erdogan-putine-tesekkur-etdi-448712958.html
İki lider telefonda danışdı, Ərdoğan Putinə təşəkkür etdi
İki lider telefonda danışdı, Ərdoğan Putinə təşəkkür etdi
Sputnik Azərbaycan
Türkiyə və Rusiya liderləri bu gün keçirilən telefon danışığında ikitərəfli münasibətləri və regional məsələləri də müzakirə ediblər. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T14:24+0400
2022-11-18T14:24+0400
2022-11-18T15:14+0400
rusiya
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya prezidenti vladimir putin
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444743380_0:0:3191:1796_1920x0_80_0_0_efa796c63839a5f677f1656d4c374742.jpg
BAKI, 18 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib. Bu barədə Anadolu agentliyi xəbər verir."Türkiyə prezidenti Ərdoğan telefon danışığında Rusiya prezidenti Putinə İstanbul taxıl müqaviləsinin uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib", - deyə agentlik bildirib.Liderlər ikitərəfli münasibətləri və regional məsələləri də müzakirə ediblər.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukraynadakı vəziyyətin nizamlanması üçün sülh danışıqlarının vacibliyini vurğulayıb."Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını və buna görə də diplomatik danışıqların canlandırılması zərurətini ifadə edən prezident Ərdoğan, Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin Türkiyədəki təmaslarının gərginliyin qarşısının alınmasında mühüm rol oynadığını bildirib" - deyə Türkiyə Prezidentinin ofisindən bildirib.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün jurnalistlərə Ukrayna ilə dialoqun mümkünlüyündən danışarkən deyin ki, Moskva danışıqlara açıqdır, bu mövqe Kiyevə yaxşı məlumdur. Eyni zamanda, Ukrayna tərəfi heç bir danışıqların aparılmasını istəmir. Peskov vurğulayıb ki, istənilən danışıqların məqsədləri var, Rusiyanın məqsədləri hamıya məlumdur və onlara ya xüsusi hərbi əməliyyat, ya da danışıqlar yolu ilə nail olmaq olar, Rusiya hər ikisinə açıqdır.Qeyd edək ki, taxıl sazişi"nin müddəti daha 120 gün uzadılıb. BMT-nin baş katibi Antonio Quterreş də bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün bütün üzvləri - Rusiya, Türkiyə və Ukrayna sazişin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "Taxıl müqaviləsi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444743380_244:0:2975:2048_1920x0_80_0_0_35425d11de925f12ac83c659b05a1950.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, putin, vladimir putin
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, putin, vladimir putin
İki lider telefonda danışdı, Ərdoğan Putinə təşəkkür etdi
14:24 18.11.2022 (Yenilənib: 15:14 18.11.2022) Türkiyə və Rusiya liderləri bu gün keçirilən telefon danışığında ikitərəfli münasibətləri və regional məsələləri də müzakirə ediblər.
BAKI, 18 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib. Bu barədə Anadolu agentliyi xəbər verir.
"Türkiyə prezidenti Ərdoğan telefon danışığında Rusiya prezidenti Putinə İstanbul taxıl müqaviləsinin uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib", - deyə agentlik bildirib.
Liderlər ikitərəfli münasibətləri və regional məsələləri də müzakirə ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukraynadakı vəziyyətin nizamlanması üçün sülh danışıqlarının vacibliyini vurğulayıb.
"Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını və buna görə də diplomatik danışıqların canlandırılması zərurətini ifadə edən prezident Ərdoğan, Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin Türkiyədəki təmaslarının gərginliyin qarşısının alınmasında mühüm rol oynadığını bildirib" - deyə Türkiyə Prezidentinin ofisindən bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün jurnalistlərə Ukrayna ilə dialoqun mümkünlüyündən danışarkən deyin ki, Moskva danışıqlara açıqdır, bu mövqe Kiyevə yaxşı məlumdur. Eyni zamanda, Ukrayna tərəfi heç bir danışıqların aparılmasını istəmir. Peskov vurğulayıb ki, istənilən danışıqların məqsədləri var, Rusiyanın məqsədləri hamıya məlumdur və onlara ya xüsusi hərbi əməliyyat, ya da danışıqlar yolu ilə nail olmaq olar, Rusiya hər ikisinə açıqdır.
Qeyd edək ki, taxıl sazişi"nin müddəti daha 120 gün uzadılıb. BMT-nin baş katibi Antonio Quterreş də bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün bütün üzvləri - Rusiya, Türkiyə və Ukrayna sazişin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "Taxıl müqaviləsi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.