https://sputnik.az/20221118/baea-nin-hesabati-ile-kifayetlenmek-ucun-esas-yoxdur---rusiya-xn-448706305.html
BAEA-nın hesabatı ilə kifayətlənmək üçün əsas yoxdur - Rusiya XİN
BAEA-nın hesabatı ilə kifayətlənmək üçün əsas yoxdur - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya BAEA-nın Ukraynada "çirkli bomba" hazırlanmasına dair yoxlamanın nəticələrinə dair hesabatını nəzərə alıb. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T23:21+0400
2022-11-18T23:21+0400
2022-11-18T23:21+0400
zaporojye
rusiya
rusiya
sergey ryabkov
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/12/448703942_0:73:3380:1974_1920x0_80_0_0_e045282a93b77b1eab477e03060d4125.jpg
BAKI, 18 noyabr — Sputnik. Rusiya Federasiyası Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Ukraynada "çirkli bomba" hazırlanmasına dair yoxlamanın nəticələrinə dair hesabatını nəzərə alıb, lakin bu məlumatlarla kifayətlənmək üçün heç bir əsas yoxdur. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov cümə günü bildirib.O qeyd edib ki, Moskva BAEA-nın hesabatı ilə tanış olub və dərc olunan məlumatları qəbul edib."Lakin məsələ bunda deyil. Məsələ Ukraynada belə bir şeyin istehsalı və ondan təxribat məqsədləri üçün istifadə imkanlarının olmasındadır. Heç bir halda bu üç obyekt Kiyev rejiminin bu sahədə malik olduğu hər şey deyil", - Ryabkov jurnalistlərə bildirib."Bu rejimin hansı sponsorlara malik olduğunu, bu sponsorların nəyə qadir olduğunu nəzərə alsaq, deməli, BAEA-nın hesabatı ilə kifayətlənmək üçün heç bir əsas yoxdur", - Ryabkov qeyd edib.Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirmişdi ki, Zaporojye AES-də təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqlar hər gün artır.ZAES Dnepr çayının sol sahilində, Enerqodar yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Mart ayından Rusiya hərbçilərinin himayəsindədir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısının alınması baxımından Rusiya hərbçilərinin elektrik stansiyasının mühafizə altına alınmasının vacibliyini bildirib. Ukrayna hərbçiləri isə Enerqodarı, ətraf kəndləri və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/12/448703942_326:0:3055:2047_1920x0_80_0_0_985148ebab07f1f763f12d0116b68471.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zaporojye, rusiya, sergey ryabkov
zaporojye, rusiya, sergey ryabkov
BAEA-nın hesabatı ilə kifayətlənmək üçün əsas yoxdur - Rusiya XİN
Rusiya BAEA-nın Ukraynada "çirkli bomba" hazırlanmasına dair yoxlamanın nəticələrinə dair hesabatını nəzərə alıb.
BAKI, 18 noyabr — Sputnik. Rusiya Federasiyası Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Ukraynada "çirkli bomba" hazırlanmasına dair yoxlamanın nəticələrinə dair hesabatını nəzərə alıb, lakin bu məlumatlarla kifayətlənmək üçün heç bir əsas yoxdur. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov cümə günü bildirib.
O qeyd edib ki, Moskva BAEA-nın hesabatı ilə tanış olub və dərc olunan məlumatları qəbul edib.
"Lakin məsələ bunda deyil. Məsələ Ukraynada belə bir şeyin istehsalı və ondan təxribat məqsədləri üçün istifadə imkanlarının olmasındadır. Heç bir halda bu üç obyekt Kiyev rejiminin bu sahədə malik olduğu hər şey deyil", - Ryabkov jurnalistlərə bildirib.
"Bu rejimin hansı sponsorlara malik olduğunu, bu sponsorların nəyə qadir olduğunu nəzərə alsaq, deməli, BAEA-nın hesabatı ilə kifayətlənmək üçün heç bir əsas yoxdur", - Ryabkov qeyd edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirmişdi ki, Zaporojye AES-də təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqlar hər gün artır.
ZAES Dnepr çayının sol sahilində, Enerqodar yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Mart ayından Rusiya hərbçilərinin himayəsindədir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısının alınması baxımından Rusiya hərbçilərinin elektrik stansiyasının mühafizə altına alınmasının vacibliyini bildirib. Ukrayna hərbçiləri isə Enerqodarı, ətraf kəndləri və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir.