https://sputnik.az/20221117/zaxarova-goresen-dunyaya-ne-qeder-ingilis-casusu-sepelenib-448656288.html
Zaxarova: görəsən, dünyaya nə qədər ingilis casusu səpələnib?
Zaxarova: görəsən, dünyaya nə qədər ingilis casusu səpələnib?
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın "Mİ5"-nin rəhbəri Ken Makkalumun açıqlamasına münasibət bildirib. 17.11.2022, Sputnik Azərbaycan
2022-11-17T21:00+0400
2022-11-17T21:00+0400
2022-11-17T21:00+0400
mariya zaxarova
rusiya
rusiya xin
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811148_0:0:3005:1691_1920x0_80_0_0_00bc07571ff948f8fa6a88e6738cff97.jpg
BAKI, 17 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın "Mİ5"-nin rəhbəri Ken Makkalumun Avropadan deportasiya edilən rus "casusları" ilə bağlı açıqlamasına münasibət bildirib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bu cür qovulmaların qanunsuz olduğunu dəfələrlə bəyan edib.Daha əvvəl Britaniyanın "MI5" əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkalum bu il Avropadan qovulan 600 rusiyalı diplomatdan yalnız 400-nün "casus" olduğunu iddia edib, digər 200 nəfərin isə kim olduğunu və belə olduğu halda nə üçün qovulduğu barədə açıqlama verməyib."Britaniya mətbuatı heç vaxt Makkalumdan dünyaya səpələnmiş britaniyalı casuslarının sayını soruşmayacaq. Maraqlı deyil? Yoxsa, sonradan onlarla nə edəcəklərini bilirlər?", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb.O, maraqlanıb: "2022-ci ilə qədər İngiltərənin Rusiyadakı səfirliyində nə qədər ingilis casusu işləyirdi və hazırda onların sayı nə qədərdir?" Zaxarova, həmçinin, belə bir sual da verib: "Sizcə, Böyük Britaniyanın Moskvadakı səfiri bu mövzuda böyük qardaşı Makkalum kimi açıq danışa biləcəkmi?".Ukraynada hərbi əməliyyat başladıqdan sonra Rusiya, Rusiya diplomatlarının Qərb ölkələrindən görünməmiş miqyasda qovulması ilə üzləşib. Rusiya Xarici İşlər Nazirliyi hər dəfə bu aksiyaların qanunsuzluğu və hüquqi cavab addımları barədə bəyanatlar verir - bəzi xarici diplomatlar, həmçinin, artıq Rusiyanı tərk ediblər.Bu hadisələri şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onları "ABŞ tərəfindən səhnələşdirilib" adlandırıb və "onların bəzilərinin tamaşada iştirakdan utandığını" ehtimal edib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Kremlin Rusiya diplomatlarının Avropadan qovulmasından təəssüfləndiyini bildirib.O, Avropa ölkələrinin hərəkətlərini heç də ağıllı olmayan addım adlandırıb, çünki söhbət böhran şəraitində diplomatik ünsiyyət imkanlarını daraltmaqdan gedir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811148_0:0:2731:2048_1920x0_80_0_0_39cc3907ce1cfd882db1e94f1ce0c6bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, rusiya xin, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, dmitri peskov
mariya zaxarova, rusiya xin, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, dmitri peskov
Zaxarova: görəsən, dünyaya nə qədər ingilis casusu səpələnib?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın "Mİ5"-nin rəhbəri Ken Makkalumun açıqlamasına münasibət bildirib.
BAKI, 17 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın "Mİ5"-nin rəhbəri Ken Makkalumun Avropadan deportasiya edilən rus "casusları" ilə bağlı açıqlamasına münasibət bildirib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bu cür qovulmaların qanunsuz olduğunu dəfələrlə bəyan edib.
Daha əvvəl Britaniyanın "MI5" əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkalum bu il Avropadan qovulan 600 rusiyalı diplomatdan yalnız 400-nün "casus" olduğunu iddia edib, digər 200 nəfərin isə kim olduğunu və belə olduğu halda nə üçün qovulduğu barədə açıqlama verməyib.
"Britaniya mətbuatı heç vaxt Makkalumdan dünyaya səpələnmiş britaniyalı casuslarının sayını soruşmayacaq. Maraqlı deyil? Yoxsa, sonradan onlarla nə edəcəklərini bilirlər?", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb.
O, maraqlanıb: "2022-ci ilə qədər İngiltərənin Rusiyadakı səfirliyində nə qədər ingilis casusu işləyirdi və hazırda onların sayı nə qədərdir?" Zaxarova, həmçinin, belə bir sual da verib: "Sizcə, Böyük Britaniyanın Moskvadakı səfiri bu mövzuda böyük qardaşı Makkalum kimi açıq danışa biləcəkmi?".
Ukraynada hərbi əməliyyat başladıqdan sonra Rusiya, Rusiya diplomatlarının Qərb ölkələrindən görünməmiş miqyasda qovulması ilə üzləşib. Rusiya Xarici İşlər Nazirliyi hər dəfə bu aksiyaların qanunsuzluğu və hüquqi cavab addımları barədə bəyanatlar verir - bəzi xarici diplomatlar, həmçinin, artıq Rusiyanı tərk ediblər.
Bu hadisələri şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onları "ABŞ tərəfindən səhnələşdirilib" adlandırıb və "onların bəzilərinin tamaşada iştirakdan utandığını" ehtimal edib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Kremlin Rusiya diplomatlarının Avropadan qovulmasından təəssüfləndiyini bildirib.
O, Avropa ölkələrinin hərəkətlərini heç də ağıllı olmayan addım adlandırıb, çünki söhbət böhran şəraitində diplomatik ünsiyyət imkanlarını daraltmaqdan gedir.