Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Slutski: Zelenskinin danışıqlarla bağlı açıqlamaları ictimaiyyətə hesablanmış oyundur

© AP Photo / Efrem LukatskyZelenski
Zelenski - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Leonid Slutski deyib ki, bütün bu addımlar danışıqların pozulmasına görə məsuliyyəti Kiyevin üzərindən götürmək üçün informasiya sahəsində əvvəlcədən həyata keçirilir.
BAKI, 17 noyabr — Sputnik. Volodimir Zelenskinin danışıqlarla bağlı açıqlamaları ictimaiyyətə hesablanmış oyundur, Kiyev real addımlar nümayiş etdirmir. Bunu beynəlxalq məsələlər komitəsinin rəhbəri və Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski RİA Novosti-yə bildirib.
Bu yaxınlarda Zelenski Rusiyanın danışıqlara hazır olması barədə "mesajlar" verib və ictimai format təklif edib.
"Volodimir Zelenski danışıqlarla bağlı müxtəlif açıqlamalar verir. Lakin hələlik danışıqlarla bağlı açıqlamaları ictimaiyyətə hesablanmış oyundur. Bütün bu addımlar danışıqların pozulmasına görə məsuliyyəti Kiyevdən götürmək üçün informasiya sahəsində əvvəlcədən həyata keçirilir. Kiyev rejimi danışıqlar masasına əyləşmək üçün nə real addımlar atır, nə də hazır olduğunu nümayiş etdirir", - deyə Slutski agentliyə bildirib.
Xəbər lenti
0