https://sputnik.az/20221117/bakida-elliyedek-zirzemide-istilik-avadanliqlari-ogurlanib-448679622.html
Bakıda əlliyədək zirzəmidə istilik avadanlıqları oğurlanıb
Bakıda əlliyədək zirzəmidə istilik avadanlıqları oğurlanıb
Sputnik Azərbaycan
Hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır. 17.11.2022, Sputnik Azərbaycan
2022-11-17T20:36+0400
2022-11-17T20:36+0400
2022-11-17T20:36+0400
bakıda yanğın
paytaxt xəbərləri
"azəristiliktəchizat" asc
"azəristiliktəchizat"
istilik
https://cdnn1.img.sputnik.az/img/42347/22/423472294_0:0:1920:1080_1920x0_80_0_0_71c0d469ddf593c3474b276b73babedd.jpg
BAKI, 17 noyabr — Sputnik. İstilik mövsümü başlasa da, bəzibinalarda hələdə istilik sistemləri ilə bağlı problem qalmadadır.Bənzər mənzərə Xətai rayonu Telnov 3, Yasamal rayonu, Yeni Yasamal 1, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov 15 q ünvanlarında, eyni zamanda Bəhruz Nuriyev 51, 53, 39, 47 ünvanlarında da yaşanır.Sakinləri isə yalnız bir sual düşündürür: bu problem nə zaman həllini tapacaq?"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən gün axşam saatlarında 76 saylı qazanxanada axıntı yaranıb. Bu səbəbdən də Bəhruz Nuriyev 51, 53, 39, 47 ünvanlarında yerləşən binaların istilik sisteminə gələn xətt bağlıdır: "Gün ərzində bu problem həll olunacaq, istiliyin verilməsi bərpa olunacaq".Digər ünvanlarda yaşanan problemlə bağlı olaraq Elvin Basqallı bildirib ki, bütün qazanxanalar qrafik üzrə işə salınsa da, bəzi yerlərdə rejim tənzimləmələrinə görə müəyyən problemlər var: "Artıq bir-bir bu problemlər aradan qaldırılır. Daxil olan müraciətlər əsasında işlər görülür".Basqallı onu da qeyd edib ki, hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb. Bu da istiliyin verilməsində problemlər yaradır. "Azəristiliktəchizat" bu problemlə əlaqədar aidiyyatı orqanlara müraciət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42347/22/423472294_161:0:1864:1277_1920x0_80_0_0_5f5241d21f1fba9223f3380c3559ece9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakıda yanğın, "azəristiliktəchizat" asc, "azəristiliktəchizat", istilik
bakıda yanğın, "azəristiliktəchizat" asc, "azəristiliktəchizat", istilik
Bakıda əlliyədək zirzəmidə istilik avadanlıqları oğurlanıb
Hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır.
BAKI, 17 noyabr — Sputnik. İstilik mövsümü başlasa da, bəzibinalarda hələdə istilik sistemləri ilə bağlı problem qalmadadır.
Bənzər mənzərə Xətai rayonu Telnov 3, Yasamal rayonu, Yeni Yasamal 1, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov 15 q ünvanlarında, eyni zamanda Bəhruz Nuriyev 51, 53, 39, 47 ünvanlarında da yaşanır.
Sakinləri isə yalnız bir sual düşündürür: bu problem nə zaman həllini tapacaq?
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən gün axşam saatlarında 76 saylı qazanxanada axıntı yaranıb. Bu səbəbdən də Bəhruz Nuriyev 51, 53, 39, 47 ünvanlarında yerləşən binaların istilik sisteminə gələn xətt bağlıdır: "Gün ərzində bu problem həll olunacaq, istiliyin verilməsi bərpa olunacaq".
Digər ünvanlarda yaşanan problemlə bağlı olaraq Elvin Basqallı bildirib ki, bütün qazanxanalar qrafik üzrə işə salınsa da, bəzi yerlərdə rejim tənzimləmələrinə görə müəyyən problemlər var: "Artıq bir-bir bu problemlər aradan qaldırılır. Daxil olan müraciətlər əsasında işlər görülür".
Basqallı onu da qeyd edib ki, hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb. Bu da istiliyin verilməsində problemlər yaradır. "Azəristiliktəchizat" bu problemlə əlaqədar aidiyyatı orqanlara müraciət edib.