https://sputnik.az/20221116/rusiya-mudafie-nazirliyi-polsadaki-raket-insidentine-munasibet-bildirib-448603457.html
Rusiya Müdafiə Nazirliyi Polşadakı raket insidentinə münasibət bildirib
Rusiya Müdafiə Nazirliyi Polşadakı raket insidentinə münasibət bildirib
Sputnik Azərbaycan
Müdafiə Nazirliyi vurğulayıb ki, Polşa mediasının hadisə yerindən yaydığı qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur. 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T00:35+0400
2022-11-16T00:35+0400
2022-11-16T09:51+0400
rusiya
müdafiə nazirliyi
raket
polşa
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852647_0:109:3048:1824_1920x0_80_0_0_ead8c476a4ac1938302bb13d61424a43.jpg
BAKI, 16 noyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyi Polşa KİV-inin və rəsmilərinin guya Rusiya raketlərinin Pşevodov ərazisinə düşməsi ilə bağlı bəyanatlarını təxribat adlandırıb.“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.“Polşa mətbuatının və rəsmilərinin “Rusiya” raketlərinin Pşevodov yaşayış məntəqəsi ərazisinə guya düşməsi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır. Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə Rusiya silahları ilə heç bir zərbə endirilməyib”, - nazirlik bildirib.Müdafiə Nazirliyi vurğulayıb ki, Polşa mediasının hadisə yerindən yaydığı qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olduğu bildirilir. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852647_236:0:2812:1932_1920x0_80_0_0_309f74d181eccaf55099a1247c880a69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, raket, polşa
müdafiə nazirliyi, raket, polşa
Rusiya Müdafiə Nazirliyi Polşadakı raket insidentinə münasibət bildirib
00:35 16.11.2022 (Yenilənib: 09:51 16.11.2022) Müdafiə Nazirliyi vurğulayıb ki, Polşa mediasının hadisə yerindən yaydığı qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.
BAKI, 16 noyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyi Polşa KİV-inin və rəsmilərinin guya Rusiya raketlərinin Pşevodov ərazisinə düşməsi ilə bağlı bəyanatlarını təxribat adlandırıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Polşa mətbuatının və rəsmilərinin “Rusiya” raketlərinin Pşevodov yaşayış məntəqəsi ərazisinə guya düşməsi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır. Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə Rusiya silahları ilə heç bir zərbə endirilməyib”, - nazirlik bildirib.
Müdafiə Nazirliyi vurğulayıb ki, Polşa mediasının hadisə yerindən yaydığı qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olduğu bildirilir. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.