https://sputnik.az/20221116/qerb-dunya-muharibesinin-baslamasi-ehtimalini-artirir---medvedev-448614884.html
Qərb dünya müharibəsinin başlaması ehtimalını artırır - Medvedev
Qərb dünya müharibəsinin başlaması ehtimalını artırır - Medvedev
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməyib. 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T14:26+0400
2022-11-16T14:26+0400
2022-11-16T14:26+0400
dmitri medvedev
rusiya
polşa
raket
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813263_0:0:3065:1725_1920x0_80_0_0_0d16c14682d6aa6a314502cb53084a4e.jpg
BAKI, 16 noyabr — Sputnik. Polşa ərazisinə düşən raket hekayəsi Qərbin Rusiya ilə hibrid müharibəsini dünya müharibəsinə keçirmək ehtimalını artırmasını sübut edir. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Twitter" səhifəsində yazıb.Noyabrın 15-də axşam saatlarında Polşa mediası iki raketin Polşa ərazisinə - Ukrayna ilə sərhəddəki Lublin voyevodalığına düşdüyünü və iki nəfərin həlak olduğunu bildirib. Polşa Xarici İşlər Nazirliyi düşən raketin Rusiya istehsalı olduğunu bildirib. Polşa Prezidenti Andjey Duda qeyd edib ki, Varşavada hansı ölkənin raketlərinin ölkə ərazisinə düşdüyü barədə dəqiq məlumat yoxdur.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməyib, bəzi dağıntıların əks olunduğu fotoların isə Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur. Guya "Rusiya" raketlərinin düşməsi ilə bağlı Polşa mətbuatının bütün bəyanatları vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü təxribatdır.Hərbi ekspert Aleksey Leonkov qeyd edib ki, Rusiyanın qanadlı raketləri Polşa ərazisinə düşə bilməz, lakin Ukraynanın S-300 raketləri ora uça bilər: Ukraynanın öz yaşayış binalarının zenit raketlərilə vurması daxil olmaqla, əvvəllər belə nümunələr var idi.Pentaqon bildirib ki, bu vəziyyətdə mübahisələrlə deyil, aydınlaşdırmaq üçün kifayət qədər imkanların olduğu faktlarla fəaliyyət göstərmək niyyətindədirlər. Eyni zamanda, Hərbi idarənin rəsmi nümayəndəsi Patrik Rayder qeyd edib ki, faktlar əldə olunana qədər Pentaqon NATO Nizamnaməsinin 5-ci maddəsinin (kollektiv müdafiə haqqında) tətbiqi barədə danışmayacaq.ABŞ Prezidenti Co Bayden çərşənbə günü G7 və NATO ölkələrinin liderlərinin görüşünün təşəbbüskarı olub və bildirib ki, "trayektoriya baxımından raketin Rusiyadan buraxılması ehtimalı azdır"."Associated Press News" agentliyi ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Polşaya düşən raket Ukrayna hərbçiləri tərəfindən yaxınlaşan Rusiya raketinə atılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813263_157:0:2886:2047_1920x0_80_0_0_cf9c98cd609176848a6e5f2d895e9946.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri medvedev, polşa, raket
dmitri medvedev, polşa, raket
Qərb dünya müharibəsinin başlaması ehtimalını artırır - Medvedev
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməyib.
BAKI, 16 noyabr — Sputnik. Polşa ərazisinə düşən raket hekayəsi Qərbin Rusiya ilə hibrid müharibəsini dünya müharibəsinə keçirmək ehtimalını artırmasını sübut edir. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Twitter" səhifəsində yazıb.
"Ukraynanın Polşa fermasına endirilən "raket zərbəsi" hekayəsi yalnız bir şeyi sübut edir: Qərb Rusiya ilə hibrid müharibəsilə dünya müharibəsinin başlama ehtimalını artırır", - deyə Medvedev qeyd edib.
Noyabrın 15-də axşam saatlarında Polşa mediası iki raketin Polşa ərazisinə - Ukrayna ilə sərhəddəki Lublin voyevodalığına düşdüyünü və iki nəfərin həlak olduğunu bildirib. Polşa Xarici İşlər Nazirliyi düşən raketin Rusiya istehsalı olduğunu bildirib. Polşa Prezidenti Andjey Duda qeyd edib ki, Varşavada hansı ölkənin raketlərinin ölkə ərazisinə düşdüyü barədə dəqiq məlumat yoxdur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməyib, bəzi dağıntıların əks olunduğu fotoların isə Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur. Guya "Rusiya" raketlərinin düşməsi ilə bağlı Polşa mətbuatının bütün bəyanatları vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü təxribatdır.
Hərbi ekspert Aleksey Leonkov qeyd edib ki, Rusiyanın qanadlı raketləri Polşa ərazisinə düşə bilməz, lakin Ukraynanın S-300 raketləri ora uça bilər: Ukraynanın öz yaşayış binalarının zenit raketlərilə vurması daxil olmaqla, əvvəllər belə nümunələr var idi.
Pentaqon bildirib ki, bu vəziyyətdə mübahisələrlə deyil, aydınlaşdırmaq üçün kifayət qədər imkanların olduğu faktlarla fəaliyyət göstərmək niyyətindədirlər. Eyni zamanda, Hərbi idarənin rəsmi nümayəndəsi Patrik Rayder qeyd edib ki, faktlar əldə olunana qədər Pentaqon NATO Nizamnaməsinin 5-ci maddəsinin (kollektiv müdafiə haqqında) tətbiqi barədə danışmayacaq.
ABŞ Prezidenti Co Bayden çərşənbə günü G7 və NATO ölkələrinin liderlərinin görüşünün təşəbbüskarı olub və bildirib ki, "trayektoriya baxımından raketin Rusiyadan buraxılması ehtimalı azdır".
"Associated Press News" agentliyi ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Polşaya düşən raket Ukrayna hərbçiləri tərəfindən yaxınlaşan Rusiya raketinə atılıb.