https://sputnik.az/20221116/bmt-nin-kiyeve-tezminatla-bagli-qetnamesi-huquqi-baximdan-etibarsizdir---rusiya-xn-448613532.html
BMT-nin Kiyevə təzminatla bağlı qətnaməsi hüquqi baxımdan etibarsızdır - Rusiya XİN
BMT-nin Kiyevə təzminatla bağlı qətnaməsi hüquqi baxımdan etibarsızdır - Rusiya XİN
Sputnik Azərbaycan
Mariya Zaxarova bildirib ki, Baş Assambleya belə məsələləri həll etmək səlahiyyətinə malik deyil. 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T12:54+0400
2022-11-16T12:54+0400
2022-11-16T12:54+0400
rusiya
rusiya
abş
qətnamə
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_0:0:3095:1742_1920x0_80_0_0_016589b56cb0a8956aa77dfba2a9a9df.jpg
BAKI, 16 noyabr — Sputnik. BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə anti-Rusiya xarakteri daşıyır və eyni zamanda, beynəlxalq hüquqi baxımdan əhəmiyyətsizdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun şərhi RF Xarici İşlər Nazirliyinin saytında dərc edilib.Bazar ertəsi BMT Baş Assambleyası səs çoxluğu ilə "Rusiya Federasiyasının Ukraynada və ya ona qarşı beynəlxalq qanunsuz hərəkətləri nəticəsində" Kiyevə dəyən zərərin ödənilməsinə dair qətnamə layihəsini qəbul edib. Kreml bunun hüquqi qüvvəyə malik sənəd olmadığını bildirib.Onun sözlərinə görə, "Rusiya aktivlərinin açıq şəkildə talanmasına haqq qazandırmaq zərurətindən söhbət gedəndə" BMT-nin baş orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri şəklində olan rəsmiyyətlər Qərb dövlətlərini narahat etməyi dayandırıb."Onlar hətta əsrlər boyu davam edən müharibələr və suveren dövlətlərə hücumlar, müstəmləkə asılılığı və qul ticarəti üçün təzminat almaq ideyasının dünyanın bir çox yerlərində tarixi yaddaşı təzələdiyinə məhəl qoymadılar" – deyə o, fikrini bildirib.Zaxarovanın sözlərinə görə, səsvermənin nəticələri öz sözünü deyir.Eyni zamanda, Rusiya, Rusiya ilə yanaşı, "ədalət konsepsiyasını rəhbər tutan və suveren inkişaf yolu hüququnu qətiyyətlə müdafiə edərək" sənədin əleyhinə səs verən dövlətlərə də minnətdardır."Anti-Rusiya layihəsini dəstəkləyənlərin böyük əksəriyyəti işə saldıqları mexanizmlərin necə işləyəcəyinə heç bir təsir göstərməyəcəklər. Onlar hələ dərk etməyiblər ki, mənimsəməyə görə sanksiya tətbiq etməyə çalışdıqları vəsait sadə ukraynalıların ehtiyaclarına getməyəcək. Bu vəsait qan tökülməsini davam etdirmək və Ukraynadakı hərbi əməliyyatlar qurbanlarının sayını artırmaq üçün yeni və ya artıq təchiz edilmiş silahların maliyyələşdirilməsinə yönəldiləcək" - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.Zaxarova qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi dostlar qrupuna üzv dövlətlərin BMT Nizamnaməsinin müdafiəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir, onlar nəinki sənədi dəstəkləməyib, həm də müəlliflərin ilkin planlarına zidd bir qərarla sənədi qəbul etməmişdən əvvəl Baş Assambleyada müzakirələrin aparılmasında təkid ediblər.Rusiya sənədin qəbuluna qarşı çıxıb və bildirib ki, qətnamə layihəsi "hüquqi tənqidə dözmür" və "beynəlxalq hüquq nöqteyi-nəzərindən leqallaşdırılmayanları leqallaşdırmaq üçün əhəmiyyətsiz cəhddir".Rusiyanın Daimi Nümayəndəsi Vasili Nebenzya görüşdə bildirib ki, Qərb ölkələri Rusiya Federasiyasının blokladıqları suveren fondlarından Kiyevə artıq verilmiş silahların tədarükünü davam etdirmək və ödəmək üçün istifadə etməyə çalışır və o, bu fürsəti "açıq-aşkar soyğunçuluq" adlandırıb.Rusiya Federasiyasının nümayəndəsi qətnamənin qəbulunun onun təşəbbüskarlarına cavab olaraq "bumeranq" ola biləcəyi barədə xəbərdarlıq edib və qeyd edib ki, "belə qərar dünyada yalnız qeyri-sabitliyin və gərginliyin artmasına gətirib çıxaracaq".
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_355:0:3084:2047_1920x0_80_0_0_72d3c1b9088bc1ecdc725c2b9de16457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, abş, qətnamə, qoşulmama hərəkatı
rusiya, abş, qətnamə, qoşulmama hərəkatı
BMT-nin Kiyevə təzminatla bağlı qətnaməsi hüquqi baxımdan etibarsızdır - Rusiya XİN
Mariya Zaxarova bildirib ki, Baş Assambleya belə məsələləri həll etmək səlahiyyətinə malik deyil.
BAKI, 16 noyabr — Sputnik. BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə anti-Rusiya xarakteri daşıyır və eyni zamanda, beynəlxalq hüquqi baxımdan əhəmiyyətsizdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun şərhi RF Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Bazar ertəsi BMT Baş Assambleyası səs çoxluğu ilə "Rusiya Federasiyasının Ukraynada və ya ona qarşı beynəlxalq qanunsuz hərəkətləri nəticəsində" Kiyevə dəyən zərərin ödənilməsinə dair qətnamə layihəsini qəbul edib. Kreml bunun hüquqi qüvvəyə malik sənəd olmadığını bildirib.
"Açıq şəkildə anti-Rusiya xarakteri daşımasına baxmayaraq, qəbul edilmiş qətnamə beynəlxalq hüquqi baxımdan etibarsızdır, çünki Baş Assambleya belə məsələləri həll etmək səlahiyyətinə malik deyil. Necə ki, onun təcavüz faktını müəyyənləşdirmək və günahı hər hansı bir tərəfə qoymaq hüququ da yoxdur. Bütün bunlar BMT Təhlükəsizlik Şurasının səlahiyyətindədir. Burada isə Kiyevin güzəştə gedə bilməyən Qərb tərəfdarları Ukrayna və ətrafdakı vəziyyətlə bağlı məsələlərlə bağlı qərarların qəbulu prosesini səylə gündəmə çıxarırlar", - deyə Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, "Rusiya aktivlərinin açıq şəkildə talanmasına haqq qazandırmaq zərurətindən söhbət gedəndə" BMT-nin baş orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri şəklində olan rəsmiyyətlər Qərb dövlətlərini narahat etməyi dayandırıb.
"Onlar hətta əsrlər boyu davam edən müharibələr və suveren dövlətlərə hücumlar, müstəmləkə asılılığı və qul ticarəti üçün təzminat almaq ideyasının dünyanın bir çox yerlərində tarixi yaddaşı təzələdiyinə məhəl qoymadılar" – deyə o, fikrini bildirib.
Zaxarovanın sözlərinə görə, səsvermənin nəticələri öz sözünü deyir.
"Qəbul edilmiş qətnamə anti-Rusiya fövqəladə xüsusi sessiyası zamanı qəbul edilənlərin hamısından ən az dəstəyi toplayıb. Üzv dövlətlərin yarıdan çoxu sənədi dəstəkləməkdən imtina edib. Onlardan 73-ü bitərəf qalıb, 12-si isə səsvermədə iştirak etməyib", – deyə Zaxarova qeyd edib.
Eyni zamanda, Rusiya, Rusiya ilə yanaşı, "ədalət konsepsiyasını rəhbər tutan və suveren inkişaf yolu hüququnu qətiyyətlə müdafiə edərək" sənədin əleyhinə səs verən dövlətlərə də minnətdardır.
"Anti-Rusiya layihəsini dəstəkləyənlərin böyük əksəriyyəti işə saldıqları mexanizmlərin necə işləyəcəyinə heç bir təsir göstərməyəcəklər. Onlar hələ dərk etməyiblər ki, mənimsəməyə görə sanksiya tətbiq etməyə çalışdıqları vəsait sadə ukraynalıların ehtiyaclarına getməyəcək. Bu vəsait qan tökülməsini davam etdirmək və Ukraynadakı hərbi əməliyyatlar qurbanlarının sayını artırmaq üçün yeni və ya artıq təchiz edilmiş silahların maliyyələşdirilməsinə yönəldiləcək" - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Zaxarova qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi dostlar qrupuna üzv dövlətlərin BMT Nizamnaməsinin müdafiəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir, onlar nəinki sənədi dəstəkləməyib, həm də müəlliflərin ilkin planlarına zidd bir qərarla sənədi qəbul etməmişdən əvvəl Baş Assambleyada müzakirələrin aparılmasında təkid ediblər.
"Qoşulmama Hərəkatına üzv dövlətlərin bu cür iyrənc təşəbbüslərin lehinə səs vermək istəməməsi hörmətə layiqdir", - deyə o əlavə edib.
Rusiya sənədin qəbuluna qarşı çıxıb və bildirib ki, qətnamə layihəsi "hüquqi tənqidə dözmür" və "beynəlxalq hüquq nöqteyi-nəzərindən leqallaşdırılmayanları leqallaşdırmaq üçün əhəmiyyətsiz cəhddir".
Rusiyanın Daimi Nümayəndəsi Vasili Nebenzya görüşdə bildirib ki, Qərb ölkələri Rusiya Federasiyasının blokladıqları suveren fondlarından Kiyevə artıq verilmiş silahların tədarükünü davam etdirmək və ödəmək üçün istifadə etməyə çalışır və o, bu fürsəti "açıq-aşkar soyğunçuluq" adlandırıb.
Rusiya Federasiyasının nümayəndəsi qətnamənin qəbulunun onun təşəbbüskarlarına cavab olaraq "bumeranq" ola biləcəyi barədə xəbərdarlıq edib və qeyd edib ki, "belə qərar dünyada yalnız qeyri-sabitliyin və gərginliyin artmasına gətirib çıxaracaq".