Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Minskdə KTMT təhlükəsizlik qüvvələrinin tətbiqi məzələləri müzakirə ediləcək

© Sputnik / Maksim Blinov / Mediabanka keçidKTMT dövlətləri bayraqları, arxiv şəkli
KTMT dövlətləri bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Belarusda “KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin inkişafı, hazırlığı və istifadəsi” mövzusunda beynəlxalq hərbi-elmi konfrans keçirilir.
BAKI, 16 noyabr — Sputnik. Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakçı dövlətlərinin nümayəndə heyətləri qurumun təhlükəsizlik qüvvələrinin istifadəsi məsələsini müzakirə edəcəklər. Bu barədə Belarus Müdafiə Nazirliyi çərşənbə günü məlumat yayıb.
“Mərkəzi Zabitlər Evinin bazasında Belarus Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin elmi işlər üzrə müavini polkovnik Viktor Tumarın rəhbərliyi ilə “KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin inkişafı, hazırlığı və istifadəsi” mövzusunda beynəlxalq hərbi-elmi konfrans keçirilir. Konfransda üzv dövlətlərin nümayəndə heyətləri, KTMT-nin katibliyi və birgə qərargahı iştirak edir”, - deyə Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Tədbir Belarus Silahlı Qüvvələrinin Elmi-Tədqiqat İnstitutu tərəfindən təşkil edilib.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Xəbər lenti
0