https://sputnik.az/20221115/vasinqton-dunyani-qlobal-muharibeye-sovq-edir---patrusev-448577010.html
Vaşinqton dünyanı qlobal müharibəyə sövq edir - Patruşev
Vaşinqton dünyanı qlobal müharibəyə sövq edir - Patruşev
Sputnik Azərbaycan
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, Qərb qəsdən dəhşətləri və nasist ideologiyasının bəşəriyyətə gətirdiyi iztirabları yaddaşlardan... 15.11.2022, Sputnik Azərbaycan
2022-11-15T17:32+0400
2022-11-15T17:32+0400
2022-11-15T17:32+0400
nikolay patruşev
rusiya
amerika
bmt
rusiya
təhlükəsizlik şurası
bmt təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/42163/82/421638260_0:0:2629:1480_1920x0_80_0_0_77dae4a2da74e1cfd9d5c12b7c950076.jpg
BAKI, 15 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatları və onun yaxın müttəfiqləri BMT-də nasizm və irqçiliyin tərənnüm edilməsini pisləməkdən imtina edərək, dünyanı qlobal müharibəyə sövq edir, xalqlarla oyun oynayırlar. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib."İkinci Dünya müharibəsi illərində Sovet İttifaqı ilə birlikdə faşist nasizminə qarşı amansız döyüş aparan dövlətlərin dəstəyi ilə neonasizmin tərənnüm edilməsi və təşviq edilməsi onu göstərir ki, Qərb qəsdən dəhşətləri və nasist ideologiyasının bəşəriyyətə gətirdiyi iztirabları yaddaşlardan silməyə çalışır", - deyə Patruşev təhlükəsizlik məsələləri ilə bağlı iclasda bildirib.Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, bu yaxınlarda BMT-də nasizmin və irqçiliyin digər müasir formalarının təbliğini pisləyən Rusiya tərəfindən hazırlanmış qətnamə layihəsinə səsvermə zamanı ABŞ və Ukrayna əleyhinə səs verib və qətnamə ilə bağlı digər ölkələrin mövqelərinə misli görünməmiş təzyiq göstəriblər."Vaşinqton və onun yaxın müttəfiqləri belə bir siyasəti seçməklə xalqları oyuna salır, dünyanı qlobal müharibəyə sövq edir", - Patruşev vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42163/82/421638260_0:0:2629:1972_1920x0_80_0_0_017f406f8386cbc09f1592cc9f7bfb16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikolay patruşev, amerika, bmt, rusiya, təhlükəsizlik şurası, bmt təhlükəsizlik şurası
nikolay patruşev, amerika, bmt, rusiya, təhlükəsizlik şurası, bmt təhlükəsizlik şurası
Vaşinqton dünyanı qlobal müharibəyə sövq edir - Patruşev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, Qərb qəsdən dəhşətləri və nasist ideologiyasının bəşəriyyətə gətirdiyi iztirabları yaddaşlardan silməyə çalışır.
BAKI, 15 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatları və onun yaxın müttəfiqləri BMT-də nasizm və irqçiliyin tərənnüm edilməsini pisləməkdən imtina edərək, dünyanı qlobal müharibəyə sövq edir, xalqlarla oyun oynayırlar. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"İkinci Dünya müharibəsi illərində Sovet İttifaqı ilə birlikdə faşist nasizminə qarşı amansız döyüş aparan dövlətlərin dəstəyi ilə neonasizmin tərənnüm edilməsi və təşviq edilməsi onu göstərir ki, Qərb qəsdən dəhşətləri və nasist ideologiyasının bəşəriyyətə gətirdiyi iztirabları yaddaşlardan silməyə çalışır", - deyə Patruşev təhlükəsizlik məsələləri ilə bağlı iclasda bildirib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, bu yaxınlarda BMT-də nasizmin və irqçiliyin digər müasir formalarının təbliğini pisləyən Rusiya tərəfindən hazırlanmış qətnamə layihəsinə səsvermə zamanı ABŞ və Ukrayna əleyhinə səs verib və qətnamə ilə bağlı digər ölkələrin mövqelərinə misli görünməmiş təzyiq göstəriblər.
"Vaşinqton və onun yaxın müttəfiqləri belə bir siyasəti seçməklə xalqları oyuna salır, dünyanı qlobal müharibəyə sövq edir", - Patruşev vurğulayıb.