https://sputnik.az/20221115/lavrov-rusiyanin-asiya-ve-afrika-olkelerine-ixrac-etdiyi-taxilin-miqdarini-aciqladi-448577499.html
Lavrov Rusiyanın Asiya və Afrika ölkələrinə ixrac etdiyi taxılın miqdarını açıqladı
Lavrov Rusiyanın Asiya və Afrika ölkələrinə ixrac etdiyi taxılın miqdarını açıqladı
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, ölkəsi artıq Asiya və Afrika ölkələrinə 10,5 milyon ton taxıl ixrac edib. 15.11.2022, Sputnik Azərbaycan
2022-11-15T16:16+0400
2022-11-15T16:16+0400
2022-11-15T16:24+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
bmt
ukrayna
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0f/448572331_0:193:2959:1857_1920x0_80_0_0_f29f6a37d192aabdc305aae484244a03.jpg
BAKI, 15 noyabr — Sputnik. Rusiya artıq Asiya və Afrika ölkələrinə 10,5 milyon ton taxıl ixrac edib ki, bunun da təxminən 8 milyon tonu buğdadır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov G20 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib."Bütün bu çətinliklərə və sanksiya məhdudiyyətlərinə baxmayaraq, biz artıq 10,5 milyon ton taxıl, 8 milyon ton əsasən buğda ixrac etmişik. Bunun da təxminən 60 faizi Asiyaya, 40 faizi isə Afrika ölkələrinə göndərilib", - deyə Lavrov bildirib.Noyabrın 2-də Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair yazılı zəmanət verildikdən sonra taxıl sazişində iştirakını bərpa etmək qərarına gəlib. Eyni zamanda Moskva bəyan edib ki, Kiyev onlara verilən zəmanətləri pozarsa, sazişdən çıxmaq hüququnu özündə saxlayır.İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "taxıl müqaviləsi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti noyabrın 19-da başa çatır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0f/448572331_113:0:2844:2048_1920x0_80_0_0_4b8b1dfe24ff04ff05772bca46e681b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin rəhbəri sergey lavrov, bmt, ukrayna, türkiyə
rusiya xin rəhbəri sergey lavrov, bmt, ukrayna, türkiyə
Lavrov Rusiyanın Asiya və Afrika ölkələrinə ixrac etdiyi taxılın miqdarını açıqladı
16:16 15.11.2022 (Yenilənib: 16:24 15.11.2022) Rusiya XİN rəhbəri bildirib ki, ölkəsi artıq Asiya və Afrika ölkələrinə 10,5 milyon ton taxıl ixrac edib.
BAKI, 15 noyabr — Sputnik. Rusiya artıq Asiya və Afrika ölkələrinə 10,5 milyon ton taxıl ixrac edib ki, bunun da təxminən 8 milyon tonu buğdadır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov G20 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Bütün bu çətinliklərə və sanksiya məhdudiyyətlərinə baxmayaraq, biz artıq 10,5 milyon ton taxıl, 8 milyon ton əsasən buğda ixrac etmişik. Bunun da təxminən 60 faizi Asiyaya, 40 faizi isə Afrika ölkələrinə göndərilib", - deyə Lavrov bildirib.
Noyabrın 2-də Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair yazılı zəmanət verildikdən sonra taxıl sazişində iştirakını bərpa etmək qərarına gəlib. Eyni zamanda Moskva bəyan edib ki, Kiyev onlara verilən zəmanətləri pozarsa, sazişdən çıxmaq hüququnu özündə saxlayır.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "taxıl müqaviləsi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti noyabrın 19-da başa çatır.