https://sputnik.az/20221115/lacinda-evler-bele-olacaq---vdeo-448569915.html
Laçında evlər belə olacaq - VİDEO
Laçında evlər belə olacaq - VİDEO
Sputnik Azərbaycan
Ərşad Hüseynov bildirib ki, Laçın tezliklə dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək. 15.11.2022, Sputnik Azərbaycan
2022-11-15T13:32+0400
2022-11-15T13:32+0400
2022-11-15T13:32+0400
laçın
qarabağ
ərşad hüseynov
hüquqşünas ərşad hüseynov
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/02/425359193_0:160:3073:1888_1920x0_80_0_0_2de41e1b11714da9f83b4ffac7e34d48.jpg
BAKI, 15 noyabr — Sputnik. Əslən Laçın rayonundan olan hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında rayonda evlərin bərpa olunduğunu əks etdirən görüntülər paylaşıb. Həmin videoda evlərin yeni dizaynla təmir və bərpa olunduğu əksini tapıb."Laçın şəhəri sürətlə yenidən qurulur. Tezliklə şəhərimiz dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək...Bərpa edilən növbəti ev. Rahat və firavan yaşamaq üçün hər şey nəzərdə tutulub. Allah xalqımızı və dövlətimizi qorusun. Şəhidlərimizin ruhu daim şad olsun!", - deyə Ə. Hüseynov qeyd edib.Qeyd edək ki, indi Şərqi Zəngəzur iqtisadi bölgəsinə aid olan Laçın rayonunun ərazisində də əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Yollar çəkilir, elektrik stansiyaları quraşdırılır, tunellər salınır, beynəlxalq hava limanı tikilir. Azərbaycan Prezidenti regionun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalanıb. Bu məqsədlə 2022 - ci ilin dövlət büdcəsindən 800 min vəsait ayrılmışdır ki, bu da kəndlərin yenidən qurulmasına sərf ediləcək.Xatırladaq ki, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/02/425359193_170:0:2901:2048_1920x0_80_0_0_6c8bc82f7ccd09fc303204cf23c4f48c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
laçın, ərşad hüseynov, hüquqşünas ərşad hüseynov
laçın, ərşad hüseynov, hüquqşünas ərşad hüseynov
Laçında evlər belə olacaq - VİDEO
Ərşad Hüseynov bildirib ki, Laçın tezliklə dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək.
BAKI, 15 noyabr — Sputnik. Əslən Laçın rayonundan olan hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında rayonda evlərin bərpa olunduğunu əks etdirən görüntülər paylaşıb. Həmin videoda evlərin yeni dizaynla təmir və bərpa olunduğu əksini tapıb.
"Laçın şəhəri sürətlə yenidən qurulur. Tezliklə şəhərimiz dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək...Bərpa edilən növbəti ev. Rahat və firavan yaşamaq üçün hər şey nəzərdə tutulub. Allah xalqımızı və dövlətimizi qorusun. Şəhidlərimizin ruhu daim şad olsun!", - deyə Ə. Hüseynov qeyd edib.
Qeyd edək ki, indi Şərqi Zəngəzur iqtisadi bölgəsinə aid olan Laçın rayonunun ərazisində də əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Yollar çəkilir, elektrik stansiyaları quraşdırılır, tunellər salınır, beynəlxalq hava limanı tikilir. Azərbaycan Prezidenti regionun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalanıb. Bu məqsədlə 2022 - ci ilin dövlət büdcəsindən 800 min vəsait ayrılmışdır ki, bu da kəndlərin yenidən qurulmasına sərf ediləcək.
Xatırladaq ki, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.