QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad olunmuş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Noyabarın 7-dən 12-dək olan dövrdə 170 piyada əleyhinə mina, 179 tank əleyhinə mina və 357 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
BAKI, 14 noyabr — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, noyabarın 7-dən 12-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 170 piyada əleyhinə mina, 179 tank əleyhinə mina və 357 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 485 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qarabağda  yolda tank əleyhinə mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2022
QARABAĞ
Azad edilmiş ərazilərdə ötən ay aşkarlanmış minaların sayı açıqlanıb
Xəbər lenti
0