Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aleksandr Qruşko: "NATO "düşmənsiz yaşaya bilməyən" təşkilatdır"

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidAleksandr Qruşko
Aleksandr Qruşko - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Şimali Atlantika Alyansı Asiyanı öz maraqlarının zonası adlandırıb və müdafiə sərhədlərini Çinə yaxınlaşdırıb.
BAKI, 14 noyabr — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nu "düşmənsiz yaşaya bilməyən" təşkilat adlandırıb. O, bu fikri RİA Novosti-yə müsahibəsində bildirib.
Diplomatın fikrincə, NATO üçün ən vacibi düşmən imicini yaratmaq, sonra isə öz qüvvələrini bu potensial düşmənin sərhədlərinə mümkün qədər yaxınlaşdırmaqdır.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Şimali Atlantika Alyansı Asiyanı öz maraqlarının zonası adlandırıb və müdafiə sərhədlərini Çinə yaxınlaşdırıb.
Qruşko bildirib ki, hazırda Ukraynanın NATO-ya daxil olması barədə yalnız ağılsız düşünə bilər.
Sentyabrda Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə üzv olmaq üçün müraciət etdiyini bildirib. Buna NATO-nun baş katibi Yens Stoltenberq cavab olaraq bildirib ki, Ukraynanı təşkilata qəbul etmək hələ mümkün deyil, çünki bu, alyansa üzv olan 30 ölkənin hamısının qərarını tələb edir.
Xəbər lenti
0