Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov ABŞ-ın tələblərini qəbuledilməz sayır

© AFP 2023 / ED JONESМинистр иностранных дел России Сергей Лавров на пресс-конйеренции на 77-й сессии Генеральной Ассамблеи Организации Объединенных Наций
Министр иностранных дел России Сергей Лавров на пресс-конйеренции на 77-й сессии Генеральной Ассамблеи Организации Объединенных Наций  - Sputnik Azərbaycan, 1920, 13.11.2022
Abunə olmaq
Noyabrın əvvəlində ABŞ, Böyük Britaniya və Avstraliyanın üzv olduğu “AUKUS” hərbi alyansının genişlənmək cəhdləri məlum olub.
BAKI, 13 noyabr - Sputnik. Amerika tərəfi və bir sıra Qərb tərəfdaşları Şərqi Asiya sammiti zamanı (ŞAS) Ukraynadakı vəziyyətin tamamilə qəbuledilməz tələbləri və qiymətləndirmələrində israr etdilər və buna görə də “ŞAS”ın nəticələrinə dair ortaq bir bəyanat qəbul edilmədi. “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bu gün heç bir kollektiv qərar qəbul edilməyib, çünki ABŞ və onların qərbli həmkarları Ukraynadakı və onun ətrafındakı vəziyyətlə bağlı tamamilə qəbuledilməz dildə israr ediblər”, - deyə diplomat bəyan edib.
Bundan əlavə, Lavrov qeyd edib ki, gələcək əməkdaşlığın əsas istiqamətləri sammitin yekunlarına əsasən Kamboca sədrliyi tərəfindən öz adından verilən kommünikedə öz əksini tapır.
Qeyd olunur ki, “ŞAS”ın iştirakçıları arasında Asiya-Sakit okean regionuna daxil olan ölkələrin nümayəndələri də var. Sammit zamanı dövlətlərin nümayəndələri siyasi inkişaf, eləcə də ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edirlər.
Noyabrın əvvəlində ABŞ, Böyük Britaniya və Avstraliyanın üzv olduğu “AUKUS” hərbi alyansının genişlənmək cəhdləri məlum olub. Belə ki, hazırda Yeni Zelandiya, Kanada və Yaponiyanı ittifaqa cəlb etməyə çalışırlar.
Xəbər lenti
0