https://sputnik.az/20221111/sevseniz-de-sevmeseniz-de-dunyanin-rusiya-taxilina-ve-gubrelerine-ehtiyaci-var-448478843.html
Sevsəniz də, sevməsəniz də, dünyanın Rusiya taxıl və gübrəsinə ehtiyacı var - BMT rəsmisi
Sevsəniz də, sevməsəniz də, dünyanın Rusiya taxıl və gübrəsinə ehtiyacı var - BMT rəsmisi
Sputnik Azərbaycan
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli bildirib ki, əks halda, bunun əvəzini bütün dünya ödəməli olacaq. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T18:34+0400
2022-11-11T18:34+0400
2022-11-11T18:49+0400
taxıl
rusiya
rusiya
ümumdünya
ərzaq
proqram
gübrə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443544034_0:149:3076:1879_1920x0_80_0_0_a6e4709679a79f629f9d5400503b141a.jpg
BAKI, 11 noyabr — Sputnik. Bütün ölkələr ərzaq sazişinin həyata keçirilməsində əməkdaşlıq etməlidir, çünki dünyanın Rusiya taxılına və gübrələrinə ehtiyacı var. Bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli cümə günü "RİA Novosti"yə bildirib."Qara dəniz vasitəsilə taxılın çatdırılması üzrə sazişin qüvvədə qalmasını və uzadılmasını təmin etmək üçün əlimizdən gələni edirik", - deyə Bizli əlavə edib.Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.Sazişləri Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri imzalayıb. Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı ərzaq sazişinin bir hissəsi işləmir.Qeyd edək ki, müqavilənin müddəti noyabrın 19-da başa çatır.
ümumdünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443544034_219:0:2948:2047_1920x0_80_0_0_3dd87eb1d90ca665470945f61ccff116.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl, rusiya, ümumdünya, ərzaq, proqram, gübrə
taxıl, rusiya, ümumdünya, ərzaq, proqram, gübrə
Sevsəniz də, sevməsəniz də, dünyanın Rusiya taxıl və gübrəsinə ehtiyacı var - BMT rəsmisi
18:34 11.11.2022 (Yenilənib: 18:49 11.11.2022) BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli bildirib ki, əks halda, bunun əvəzini bütün dünya ödəməli olacaq.
BAKI, 11 noyabr — Sputnik. Bütün ölkələr ərzaq sazişinin həyata keçirilməsində əməkdaşlıq etməlidir, çünki dünyanın Rusiya taxılına və gübrələrinə ehtiyacı var. Bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli cümə günü "RİA Novosti"yə bildirib.
"Bu sövdələşmə tamamilə zəruridir. Bütün ölkələr bu məsələdə əməkdaşlıq etməlidir, bütün dövlətlərin burda öz rolu olmalıdır. Rusiyanı sevsəniz də, sevməsəniz də, dünyanın Rusiya taxılına və gübrələrinə ehtiyacı var. Əks halda, bunun əvəzini bütün dünya ödəməli olacaq", – deyə o, Paris Sülh Forumunun gedişində bəyan edib.
"Qara dəniz vasitəsilə taxılın çatdırılması üzrə sazişin qüvvədə qalmasını və uzadılmasını təmin etmək üçün əlimizdən gələni edirik", - deyə Bizli əlavə edib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Sazişləri Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri imzalayıb. Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı ərzaq sazişinin bir hissəsi işləmir.
Qeyd edək ki, müqavilənin müddəti noyabrın 19-da başa çatır.