https://sputnik.az/20221111/rusiyada-lgbt-nin-tekrar-tebligatina-gore-cinayet-mesuliyyeti-tetbiq-olunacaq-448484894.html
Rusiyada LGBT-nin təkrar təbliğatına görə cinayət məsuliyyəti tətbiq olunacaq?
Rusiyada LGBT-nin təkrar təbliğatına görə cinayət məsuliyyəti tətbiq olunacaq?
Sputnik Azərbaycan
Dövlət Duması deputatlarının LGBT təbliğatını qadağan edən qanun layihəsinə hazırladıqları düzəlişlərdə üç ayadək müddətə həbs və ya bir ilədək müddətə... 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T20:50+0400
2022-11-11T20:50+0400
2022-11-11T20:50+0400
rusiya
lgbt
rusiya
rusiya federasiyası dövlət duması
qanun
düzəliş
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424611072_0:30:3215:1838_1920x0_80_0_0_dd3a05de391ce4e88927429162cc4c2c.jpg
BAKI, 11 noyabr - Sputnik. Rusiya Dövlət Dumasının deputatları Nina Ostanina və Nikolay Burlyayev LGBT təbliğatını qadağan edən qanun layihəsinə düzəliş hazırlayıblar. Müvafiq sənədin surəti RİA Novosti-yə daxil olub.Həmin sənədə əsasən, LGBT təbliğatına görə inzibati cəzaya məruz qalmış şəxsin təkrar qayda pozuntusuna görə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir. "Qeyri-ənənəvi cinsi münasibətlərin və (və ya) seçimlərin təbliği məlumatların yayılmasında və (və ya) qeyri-ənənəvi cinsi münasibətlərin formalaşmasına yönəlmiş ictimai hərəkətlərin edilməsində özünü büruzə verdikdə... analoji əməl bir ilədək müddətə islah işləri və ya eyni müddətə məcburi işlər və ya üç ayadək müddətə həbs və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - deyə sənədin mətnində bildirilir.Qeyd edək ki, cari ilin birinci yarısında Rusiyada "Roskomnadzor" (RKN) tərəfindən uşaq pornoqrafiyası məzmunlu 14 minə yaxın sayt bloklanıb.Bu barədə qurumun kütləvi kommunikasiyalar sahəsində ekspert və analitik iş departamentinin rəhbəri Mariya Bıçkova məlumat verib."Məsələn, uşaq pornoqrafiyası ilə bağlı məzmunlu məlumatlara görə 6900-dən çox sayt, narkotik vasitələrin alındığı və ya becərildiyi yerlər haqqında məlumat yayan 12000-dən çox məlumat, 3000-dən çox intihar çağırışı, intiharın üsulları və qumar yerləri haqqında 19 mindən, alkoqolun məsafədən satışı yerləri ilə bağlı isə mindən çox məlumat bloklanıb", - deyə o, İctimai Palatada keçirilən dəyirmi masada bildirib.“Eyni zamanda (birinci və ikinci rüb üçün – red.) Rusiya Federasiyası məhkəmələrinin qərarı əsasında LGBT təbliğatını ehtiva edən 5268 material bloklanıb”, - deyə İctimai Palatada Bıçkova bildirib.Onun sözlərinə görə, RKN-nin prioritet vəzifələrindən biri uşaqları müxtəlif növ informasiya təhdidlərindən qorumaqdır.“Biz Roskomnadzor adından qeyri-ənənəvi cinsi münasibətlərin, eləcə də pedofiliya, nekrofiliya da daxil olmaqla cinsi sapmaların və təkcə uşaqlar arasında deyil, istənilən yaşda olan şəxslərə qarşı hər hansı cinsi zorakılığın təşviqinə qadağa tətbiq etməyi zəruri hesab edirik".Bundan əlavə, o bildirib ki, yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqənin hər hansı formada nümayişinə qadağa qoyulmasını təmin etmək lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424611072_150:0:2881:2048_1920x0_80_0_0_39eb109db333fb862fd3c395053392e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lgbt, rusiya, rusiya federasiyası dövlət duması, qanun, düzəliş
lgbt, rusiya, rusiya federasiyası dövlət duması, qanun, düzəliş
Rusiyada LGBT-nin təkrar təbliğatına görə cinayət məsuliyyəti tətbiq olunacaq?
Dövlət Duması deputatlarının LGBT təbliğatını qadağan edən qanun layihəsinə hazırladıqları düzəlişlərdə üç ayadək müddətə həbs və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzalar nəzərdə tutulub.
BAKI, 11 noyabr - Sputnik. Rusiya Dövlət Dumasının deputatları Nina Ostanina və Nikolay Burlyayev LGBT təbliğatını qadağan edən qanun layihəsinə düzəliş hazırlayıblar. Müvafiq sənədin surəti RİA Novosti-yə daxil olub.
Həmin sənədə əsasən, LGBT təbliğatına görə inzibati cəzaya məruz qalmış şəxsin təkrar qayda pozuntusuna görə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
"Qeyri-ənənəvi cinsi münasibətlərin və (və ya) seçimlərin təbliği məlumatların yayılmasında və (və ya) qeyri-ənənəvi cinsi münasibətlərin formalaşmasına yönəlmiş ictimai hərəkətlərin edilməsində özünü büruzə verdikdə... analoji əməl bir ilədək müddətə islah işləri və ya eyni müddətə məcburi işlər və ya üç ayadək müddətə həbs və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - deyə sənədin mətnində bildirilir.
Qeyd edək ki, cari ilin birinci yarısında Rusiyada "Roskomnadzor" (RKN) tərəfindən uşaq pornoqrafiyası məzmunlu 14 minə yaxın sayt bloklanıb.
Bu barədə qurumun kütləvi kommunikasiyalar sahəsində ekspert və analitik iş departamentinin rəhbəri Mariya Bıçkova məlumat verib.
"Məsələn, uşaq pornoqrafiyası ilə bağlı məzmunlu məlumatlara görə 6900-dən çox sayt, narkotik vasitələrin alındığı və ya becərildiyi yerlər haqqında məlumat yayan 12000-dən çox məlumat, 3000-dən çox intihar çağırışı, intiharın üsulları və qumar yerləri haqqında 19 mindən, alkoqolun məsafədən satışı yerləri ilə bağlı isə mindən çox məlumat bloklanıb", - deyə o, İctimai Palatada keçirilən dəyirmi masada bildirib.
“Eyni zamanda (birinci və ikinci rüb üçün – red.) Rusiya Federasiyası məhkəmələrinin qərarı əsasında LGBT təbliğatını ehtiva edən 5268 material bloklanıb”, - deyə İctimai Palatada Bıçkova bildirib.
Onun sözlərinə görə, RKN-nin prioritet vəzifələrindən biri uşaqları müxtəlif növ informasiya təhdidlərindən qorumaqdır.
“Biz Roskomnadzor adından qeyri-ənənəvi cinsi münasibətlərin, eləcə də pedofiliya, nekrofiliya da daxil olmaqla cinsi sapmaların və təkcə uşaqlar arasında deyil, istənilən yaşda olan şəxslərə qarşı hər hansı cinsi zorakılığın təşviqinə qadağa tətbiq etməyi zəruri hesab edirik".
Bundan əlavə, o bildirib ki, yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqənin hər hansı formada nümayişinə qadağa qoyulmasını təmin etmək lazımdır.