https://sputnik.az/20221111/rusiya-bqxk-nin-diqqetini-kiyevin-humanitar-huququ-pozmasina-yoneldib-448477594.html
Rusiya BQXK-nın diqqətini Kiyevin humanitar hüququ pozmasına yönəldib
Rusiya BQXK-nın diqqətini Kiyevin humanitar hüququ pozmasına yönəldib
Sputnik Azərbaycan
Azadlığa çıxan məhbuslar mütəmadi olaraq Ukrayna hərbçiləri tərəfindən məruz qaldıqları zorakılıqlardan danışıblar. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T20:22+0400
2022-11-11T20:22+0400
2022-11-11T20:22+0400
kiyev
rusiya
rusiya
bqxk
https://cdnn1.img.sputnik.az/img/42392/38/423923843_0:0:3111:1751_1920x0_80_0_0_0157f9fab96725438f5663c022f3d115.jpg
BAKI, 11 noyabr — Sputnik. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüş keçirib və onun diqqətini Ukrayna hərbçiləri tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına yönəldib.Görüş zamanı xüsusi hərbi əməliyyat kontekstində mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi və hərbi əsirlərin müdafiəsinin prioritet aspektləri müzakirə edilib.Daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat vermişdi ki, əsir götürülən ukraynalı hərbçi dindirilmə zamanı Rusiyaya dəstək ifadə edən yaşlı Mariupol sakininin qətlindən, eləcə də digər mülki şəxslərə işgəncə verilməsindən danışıb.Noyabrın 3-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi 107 rus hərbçisinin, o cümlədən "Donetsk" və "Luqansk Xalq Respublikaları"nın bölmələrinin döyüşçülərinin növbəti mübadilə çərçivəsində Kiyev rejiminin nəzarətində olan ərazidən əsirlikdən qayıtdığını bildirib. Azadlığa çıxan məhbuslar mütəmadi olaraq Ukrayna hərbçiləri tərəfindən məruz qaldıqları zorakılıqlardan danışıblar.Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrinə görə onların rəhbərləri ilə regionların Rusiya tərkibinə daxil edilməsi haqqında saziş imzalayıb. Daha sonra, oktyabrın 5-də Putin bu bölgələrin Rusiya Federasiyasının tərkibinə daxil olmasını ratifikasiya edən federal qanunları imzalayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42392/38/423923843_242:0:2973:2048_1920x0_80_0_0_2627ef4dc14e097073264982a0aa1353.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kiyev, rusiya, bqxk
Rusiya BQXK-nın diqqətini Kiyevin humanitar hüququ pozmasına yönəldib
Azadlığa çıxan məhbuslar mütəmadi olaraq Ukrayna hərbçiləri tərəfindən məruz qaldıqları zorakılıqlardan danışıblar.
BAKI, 11 noyabr — Sputnik. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüş keçirib və onun diqqətini Ukrayna hərbçiləri tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına yönəldib.
Görüş zamanı xüsusi hərbi əməliyyat kontekstində mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi və hərbi əsirlərin müdafiəsinin prioritet aspektləri müzakirə edilib.
Daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat vermişdi ki, əsir götürülən ukraynalı hərbçi dindirilmə zamanı Rusiyaya dəstək ifadə edən yaşlı Mariupol sakininin qətlindən, eləcə də digər mülki şəxslərə işgəncə verilməsindən danışıb.
Noyabrın 3-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi 107 rus hərbçisinin, o cümlədən "Donetsk" və "Luqansk Xalq Respublikaları"nın bölmələrinin döyüşçülərinin növbəti mübadilə çərçivəsində Kiyev rejiminin nəzarətində olan ərazidən əsirlikdən qayıtdığını bildirib. Azadlığa çıxan məhbuslar mütəmadi olaraq Ukrayna hərbçiləri tərəfindən məruz qaldıqları zorakılıqlardan danışıblar.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrinə görə onların rəhbərləri ilə regionların Rusiya tərkibinə daxil edilməsi haqqında saziş imzalayıb. Daha sonra, oktyabrın 5-də Putin bu bölgələrin Rusiya Federasiyasının tərkibinə daxil olmasını ratifikasiya edən federal qanunları imzalayıb.