Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov və Blinken arasında görüş təşkil etməyi təklif etməmişik - Rusiya XİN

© Thomas Peter / Pool Photo via APRusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov, arxiv şəkli
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
Diplomat bildirib ki, belə bir əlaqənin başlanmasını tələb edəcək heç bir məsələ yoxdur.
BAKI, 11 noyabr - Sputnik. Rusiya ABŞ-a İndoneziyada keçirilən G20 sammitində xarici işlər nazirləri Sergey LavrovEntoni Blinkenin görüşünü təşkil etməyi təklif etməyib. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda Moskvanın bütün aspektlərdə mövqeyi artıq məlumdur
Bundan əvvəl ABŞ Dövlət Departamenti bildirib ki, Blinken G20 sammiti çərçivəsində Lavrovla ünsiyyət qurmağı planlaşdırmır.
Ryabkov RİA Novosti-yə belə bir görüşün Rusiya tərəfi tərəfindən planlaşdırılmadığını izah edib:
“Bizim fikrimizcə, belə bir əlaqənin başlanmasını tələb edəcək heç bir məsələ yoxdur. Amerikalılar bizim mövqeyimizi hər cəhətdən bilirlər. Onların yanaşmaları və prioritetləri haqqında yaxşı təsəvvürümüz var. Ona görə də bizim tərəfimizdən belə bir təkliflə (görüşlə bağlı – red.) çıxış etməyimiz üçün heç bir əsas yoxdur”.
Diplomat qeyd edib ki, Moskva ABŞ Dövlət Departamentinin bu mövzu ilə bağlı açıqlamalarını görüb.
“Hər gün prinsipcə mövcud olmayan bir şeyi müzakirə edirlər. Bizim tərəfimizdən belə təmas üçün heç bir plan və ya hazırlıq yoxdur. Özləri isə deyəsən, özlərini bunun lazım olmadığına inandırırlar", - deyə Ryabkov vurğulayıb.
Xəbər lenti
0