Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ ölkələrinin Rusiya nüvə yanacağından imtina etməsi onlara neçəyə başa gələcək

© Sputnik / Alexander Kryazhev / Mediabanka keçidJeleznoqorskda istifadə edilmiş nüvə yanacağı anbarı, arxiv şəkli
Jeleznoqorskda istifadə edilmiş nüvə yanacağı anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
Ekspert hesab edir ki, Bolqarıstan böyük ehtimalla Rusiyadan nüvə yanacağı almaqdan imtina edəcək və ABŞ-dan yanacaq idxal və istifadə etmək üçün onun atom elektrik stansiyalarının yenidən qurulmasına başlayacaq.
BAKI, 11 noyabr - Sputnik. Rusiya neftinin idxalına məhdudiyyətlər tətbiq etdikdən və Rusiya Federasiyasından təbii qazın tədarükündən qismən imtina etdikdən sonra bəzi Qərb qüvvələri Aİ ölkələrinin Rusiya nüvə yanacağından imtina etməsi üçün fəal lobbiçilik etməyə başlayıblar.
Belə ki, Almaniya da daxil olmaqla, bir sıra Aİ ölkələri bir neçə aydır aktiv şəkildə tədarükləri azaltmağa və Rusiya nüvə yanacağından və Avropada atom elektrik stansiyalarının tikintisi texnologiyalarından tamamilə imtina etməyə çağırır. Ancaq əvvəlcə Rusiya Federasiyasına qarşı nüvə sahəsinə sanksiyaların əleyhdarları da var idi, xüsusən də Fransada. Milli elektrik enerjisi istehsalı sisteminin təqribən 70%-ni nüvə enerjisindən istifadə edən Paris Rusiyadan gələn xam uranın tədarükündən asılıdır. Belə ki, bu ölkənin Rusiyadan aldığı xammal sonradan nüvə yanacağı istehsalının elementlərinə çevrilir.
© Sputnik / Александр Кряжев / Mediabanka keçidKimya zavodunda uran dioksidin hazırlanması
Kimya zavodunda uran dioksidin hazırlanması - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Kimya zavodunda uran dioksidin hazırlanması
Bundan əlavə, Aİ-nin beş üzvü - Finlandiya, Bolqarıstan, Çexiya, Macarıstan və Slovakiya Rusiya Federasiyasından birbaşa nüvə yanacağını alır. Ümumilikdə, Aİ-nin nüvə yanacağına olan tələbatının təxminən 20%-i Rusiya Federasiyasından, digər 20%-i isə Rusiyanın dövlət korporasiyası “Rosatom” tərəfindən xam uranın hasil edildiyi və işləndiyi Qazaxıstandan tədarük edilir.
Lakin indi aydın olur ki, bəzi Aİ ölkələri, o cümlədən Bolqarıstan Vaşinqtonun təzyiqi altında ilk mərhələdə Rusiya Federasiyasından nüvə yanacağının tədarükünü diversifikasiya etmək, sonra isə onu başqa ölkədən almaq niyyətindədir.
Belə ki, Bolqarıstan parlamentinin noyabrın 9-da keçirilən iclasında Kozloduy AES-i üçün Rusiya nüvə yanacağının alternativinin tapılması və 2024-cü ilin aprel ayına qədər tədarük edilməsinin zəruriliyi barədə qərar qəbul edilib.
Bolqarıstan parlamentariləri bildiriblər ki, bu qərar enerjinin diversifikasiyası üzrə Aİ direktivi ilə əlaqədar qəbul edilib. Amma ölkə parlamentində bu qərarın əleyhinə olanlar var. Məsələn, deputat Borislav Qutsanovun fikrincə, Rusiyanın nüvə yanacağından imtina qərarı siyasidir və düzgün deyil.
Vaşinqtonun tanış ssenarisi
Rusiya yanacağının rədd edilməsi sxemi artıq Avropanın enerji bazarındakı hadisələrlə bir qədər tanış olan hər kəsə məlumdur. Beləliklə, Rusiya qazının tədarükünü məhdudlaşdırmaq cəhdi ilə Aİ-yə təzyiq göstərərkən, Vaşinqton, sonradan məlum olduğu kimi, ilk növbədə, Aİ-yə maye qaz ixracını artırmaqdan əldə edəcəyi gəliri düşünürdü.
Xatırladaq ki, Rusiya Federasiyasından qaz idxalını azaltmaqla avrozona ölkələri əsasən ABŞ-dan gələn daha bahalı sıxılmış təbii qaz (STQ) tədarükünü artırıb. Business Insider tərəfindən dərc edilən məlumatlara görə, ABŞ şirkətləri sentyabr ayında Avropaya gedən hər STQ gəmisindən 100 milyon dollardan çox mənfəət əldə ediblər. Belə ki, nəşrin hesablamalarına görə, sentyabr ayında Amerika müəssisələri ABŞ-dan Aİ-yə təxminən 60 milyon dollara böyük STQ gəmisini dolduraraq Avropaya çatdırıblar və burada alış qiyməti 275 milyon dollara yüksəlib.
Beləliklə, enerji böhranından avropalıların xilaskarı kimi görünməyə çalışan ABŞ, əslində, fürsətdən istifadə edərək, şirkətlərinin gəlirlərini artırmaqla məşğul idi.
Oxşar ssenarinin nüvə enerjisi sənayesində də tətbiq olunacağı ehtimal edilir.
Belə ki, analitiklər bildirirlər ki, “Rosatom” demək olar ki, dünyada Rusiya yanacağını idxal edən ölkələrin atom elektrik stansiyalarında tətbiq edilən su nüvə reaktorları (SNR) üçün yanacaq çubuqları istehsal edən yeganə şirkətdir.
"Rosatom" həm də ona görə "demək olar ki", "yganə" şirkətdir ki, ortamüddətli perspektivdə müvafiq investisiyalarla ABŞ-ın Westinghouse şirkəti də oxşar yanacaq istehsal edə bilər.
Rusiyanın Aİ-yə yalnız nüvə yanacağının ixracından hər il yarım milyard dollara yaxın gəlir əldə etdiyini nəzərə alaraq, Rusiya Federasiyasını sıxışdırıb çıxarmaqla, Vaşinqton avrozonanın enerji bazarında boş qalan yeri yenidən doldurmaqla yenidən "qazanmağı" planlaşdırır.
Rusiya nüvə yanacağını tərk etmək niyə çətin olacaq?
Atom Enerjisi 2.0 informasiya portalının baş redaktoru Pavel Yakovlevin sözlərinə görə, Avropada SNR tipli reaktorlar üçün Rusiya nüvə yanacağının tədarükünün dəyişdirilməsi və onun lisenziyalaşdırılması qlobal səviyyədə standartlaşdırılmış neft, təbii qaz və kömürlə müqayisədə daha mürəkkəb, zəhmət və vaxt tələb edən prosesdir.
© Photo : Facebook / Павел ЯковлевAtom Enerjisi 2.0 informasiya portalının baş redaktoru Pavel Yakovlev
Atom Enerjisi 2.0 informasiya portalının baş redaktoru Pavel Yakovlev - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Atom Enerjisi 2.0 informasiya portalının baş redaktoru Pavel Yakovlev

“Rusiya nüvə yanacağı özünün yüksək əməliyyat təhlükəsizliyini çoxdan sübut etsə də, iqtisadi cəhətdən cəlbedici qiymətə və tədarükün müstəsna sabitliyinə malik olsa da, xarici istehsalçılar üçün bu növ yanacaq prioritet deyil və məhsul xəttində yaxşı araşdırılmışdır”, - deyə Yakovlev Sputnik Azərbaycan-a bildirib.

Ekspert qeyd edib ki, bir tərəfdən qlobal nüvə yanacağı bazarında rəqabət bu sahəni daha səmərəli, şaxələndirilmiş və əlçatan edir, digər tərəfdən isə yeni texnologiyaların tələsik tətbiqi və siyasi təzyiqlər nüvə reaktorlarının qısa və orta müddətli istismarı zamanı dünyada xoşagəlməz iqtisadi nəticələrə gətirib çıxara bilər.
“Bu məsələdə əhali və ətraf mühit üçün mümkün təhlükə nəzərə alınmamalıdır, çünki mövcud texnoloji qaydalar və müstəqil dövlət nəzarəti bunu tamamilə istisna etməlidir”, - deyə Yakovlev əlavə edib.
Aİ atları keçiddə dəyişəcəkmi?
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, Bolqarıstan böyük ehtimalla Rusiyadan nüvə yanacağı almaqdan imtina edəcək.
© Sputnik / Александр НатрускинYeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov  - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov
Bu isə ona gətirib çıxaracaq ki, ABŞ-ın Westinghouse şirkətindən yanacaq idxal və istifadə etmək üçün onun atom elektrik stansiyalarının yenidən qurulması və yenidən nizamlanmasına başlanacaq.

“Problem ondadır ki, hazırda atom elektrik stansiyalarını bərpa etmək kifayət qədər çətindir. Burada Avropada enerji resurslarının qıtlığı problemi var - onlar "keçiddə atlar dəyişdirilməli" olacaq. Bu, çox əlverişsizdir. Əgər bu hadisə daha tez başlasaydı, o zaman Bolqarıstan üçün çox ciddi itkilərlə, xərcləri əhalinin üzərinə köçürməklə həyata keçirilə bilərdi. Amma indi əhali artıq Aİ-də nə qədər xərc və problemin üzərinə düşdüyündən hiddətlənir”, - deyə Koltaşov Sputnik Azərbaycan-a bildirib.

Ekspert hesab edir ki, buna görə də bu planın həyata keçirilməsi müəyyən çətinliklər yarada bilər və ilk növbədə texnoloji deyil, iqtisadi.
Mütəxəssisin qənaətinə görə, ABŞ-ın ən azı Rusiya nüvə yanacağının istehlakını azaltmağa çalışacağına hazır olmaq lazımdır.

“Ancaq Rusiya Federasiyası buna kifayət qədər sərt tədbirlərlə cavab verə bilər ki, bu da ABŞ-a bir sıra mühüm tədarükün dayandırılması ilə bağlı ola bilər. Bildiyiniz kimi, son 8 ay ərzində Moskva həddindən artıq təmkinli olub və əsasən Aİ sanksiyalarına cavab vermir. Lakin Moskvadan cavab olarsa, Aİ Rusiyanın nüvə yanacağının dəyişdirilməsi planlarından imtina edəcək”, - deyə Koltaşov bildirib.

Elspert onu da əlavə edib ki, əks halda Rusiya Federasiyası nüvə yanacağından imtina məsələsində təmkin nümayiş etdirsə, o zaman ABŞ öz təzyiqi ilə prosesi tədricən öz tədarükçülərinin xeyrinə keçirəcək.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0