Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukraynın son sutka ərzindəki itkilərini açıqladı

© AFP 2024 / -Ukrayna hərbçiləri, arxiv şəkli
Ukrayna hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Abunə olmaq
Qeyd olunur ki, Xerson və Nikolayev vilayətlərində əks-batareya döyüşləri üçün nəzərdə tutulmuş ABŞ istehsalı olan AN/TPQ-50-nin üç radar stansiyası məhv edilib.
BAKI, 10 noyabr — Sputnik. Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Nikolayev vilayətində Ukraynaya məxsus Su-25 təyyarəsini və Zaporojye vilayətində Mi-8 helikopterini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Həmçinin Xerson vilayətində 21 "HIMARS" və "Olxa" reaktiv yaylım atəşi sistemi ələ keçirilib", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, Xerson və Nikolayev vilayətlərində əks-batareya döyüşləri üçün nəzərdə tutulmuş ABŞ istehsalı olan AN/TPQ-50-nin üç radar stansiyası məhv edilib.
"Əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qurğuları Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdluların Xerson vilayətində iki komanda məntəqəsinə, həmçinin 153 ərazidə atəş mövqelərində olan 46 artilleriya bölməsinə, canlı qüvvə və hərbi texnikaya zərbələr endirib" - nazirliyin məlumatında deyilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "LXR"də Ukrayna hərbçiləri, yaraqlıları və onlara dəstək verən muzdlular arasında itkilər gün ərzində 160 nəfər təşkil edib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 333 təyyarə, 173 helikopter, 2479 pilotsuz uçuş aparatı, 388 zenit-raket kompleksi, 6491 tank və digər zirehli döyüş texnikası, 885 çoxlu sayda döyüş maşını, raket buraxılış sistemləri, 3564 səhra artilleriya silahı və minaatan, həmçinin 7158 ədəd xüsusi təyinatlı hərbi maşın", - məlumatda deyilir.
Xəbər lenti
0