https://sputnik.az/20221109/zaxarova-rf-ukrayna-ile-danisiqlardan-imtina-etmeyib-448391232.html
Zaxarova: RF Ukrayna ilə danışıqlardan imtina etməyib
Zaxarova: RF Ukrayna ilə danışıqlardan imtina etməyib
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq keçirir. 09.11.2022, Sputnik Azərbaycan
2022-11-09T17:19+0400
2022-11-09T17:19+0400
2022-11-09T17:29+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_0:0:3095:1742_1920x0_80_0_0_016589b56cb0a8956aa77dfba2a9a9df.jpg
BAKI, 9 noyabr - Sputnik. Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib və onu yaranan reallıqları nəzərə alaraq aparacaq. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Biz hələ də danışıqlara açığıq. Biz onlardan heç vaxt imtina etməmişik, əlbəttə ki, hazırda ortaya çıxan reallıqları nəzərə alaraq danışıqlar aparmağa hazırıq", - o deyib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_355:0:3084:2047_1920x0_80_0_0_72d3c1b9088bc1ecdc725c2b9de16457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Zaxarova: RF Ukrayna ilə danışıqlardan imtina etməyib
17:19 09.11.2022 (Yenilənib: 17:29 09.11.2022) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq keçirir.
BAKI, 9 noyabr - Sputnik. Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib və onu yaranan reallıqları nəzərə alaraq aparacaq. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz hələ də danışıqlara açığıq. Biz onlardan heç vaxt imtina etməmişik, əlbəttə ki, hazırda ortaya çıxan reallıqları nəzərə alaraq danışıqlar aparmağa hazırıq", - o deyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.