Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Tramp ABŞ Konqresinə seçkilərə müdaxilə edir

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Abunə olmaq
Çərşənbə axşamı ABŞ Konqresinə seçkilər keçiriləcək, Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i uğrunda mübarizə olacaq. Hazırda hər iki palatada demokratlar çoxluğa malikdir.
BAKI, 8 noyabr - Sputnik. ABŞ Konqresinə seçkilərə Rusiya deyil, ABŞ-ın keçmiş prezidenti Donald Tramp müdaxilə edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bu, məncə, mövsümi xarakter daşıyır, amma bizdə deyil, onlarda. Ona görə də hər şey onların əlindədir. İstəsələr, bu, bir nömrəli mövzu olacaq. Daha çox istəsələr, ümumiyyətlə, başqa söz olmayacaq. Amerika jurnalistləri yalnız bundan danışacaqlar. Bu klassikadır, yeni bir şey yoxdur", deyə Zaxarova bildirib.
Eyni zamanda o qeyd edib ki, “indi həyatın adi axarını pozaraq, Amerika seçkilərinə Rusiya deyil, Tramp müdaxilə edir”.
"Bu düzgündür - çünki, bu, daxili siyasi məsələdir, nəhayət, amerikalı seçiciləri, demokratları, respublikaçıları narahat edən mövzular haqqında danışmağa başlasınlar. Və nəhayət, Rusiya timsalında xarici faktora işarə etməyi dayandırdınlar", - Zaxarova əlavə edib.
Çərşənbə axşamı ABŞ Konqresinə seçkilər keçiriləcək, Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i uğrunda mübarizə olacaq. Hazırda hər iki palatada demokratlar çoxluğa malikdir.
Moskva dialoqa açıqdır
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya Federasiyası və ABŞ ən çox ehtiyac duyulan sahələrdə nöqtəli təmasları davam etdirir, Moskva qarşılıqlı faydalı dialoqlara açıq qalır.
“Mən həmişə dediyimiz şeyi deyəcəyəm ki, biz Amerika Birləşmiş Ştatları ilə onların aparılmasını zəruri edən məsələlərdə təmasları davam etdiririk, deyək... Biz qarşılıqlı maraq doğuran hər cür qarşılıqlı faydalı dialoqa açığıq", - o deyib.
Xəbər lenti
0