https://sputnik.az/20221108/cra-bascisi-sovetskide-kocurulme-dayandirilib-448358972.html
İcra başçısı: "Sovetski"də köçürülmə dayandırılıb"
İcra başçısı: "Sovetski"də köçürülmə dayandırılıb"
Sputnik Azərbaycan
Elşad Həsənov: "Sovetski"də III mərhələ köçürülmədə kompensasiya bazar qiymətlərinə uyğun olacaq" 08.11.2022, Sputnik Azərbaycan
2022-11-08T13:54+0400
2022-11-08T13:54+0400
2022-11-08T13:54+0400
paytaxt xəbərləri
"sovetski"
sovetski
köçürülmə
icra başçısı
yasamal
yasamal rayonu
https://cdnn1.img.sputnik.az/img/42292/45/422924511_0:0:2901:1632_1920x0_80_0_0_1543236e5f65878540cb25804c466398.jpg
BAKI, 8 noyabr - Sputnik. 2014-2019-cu illərdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" məhəlləsindən 6 mindən çox ailə köçürülüb.Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib.Elşad Həsənovun sözlərinə görə, 2019-cu ildən "Sovetski" dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir."Sovetski" məhəlləsində köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq."Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq", - icra başçısı əlavə edib.
https://sputnik.az/20200302/sovetski-adlanan-eraziden-kocurulmush-sakinlere-elave-yardim-qosterilib-423296691.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42292/45/422924511_0:0:2731:2048_1920x0_80_0_0_82893b1dc9d4e23f66834d96ee2d5d18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"sovetski", sovetski, köçürülmə, icra başçısı, yasamal, yasamal rayonu
"sovetski", sovetski, köçürülmə, icra başçısı, yasamal, yasamal rayonu
İcra başçısı: "Sovetski"də köçürülmə dayandırılıb"
Elşad Həsənov: "Sovetski"də III mərhələ köçürülmədə kompensasiya bazar qiymətlərinə uyğun olacaq"
BAKI, 8 noyabr - Sputnik. 2014-2019-cu illərdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" məhəlləsindən 6 mindən çox ailə köçürülüb.
Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.
Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib.
Elşad Həsənovun sözlərinə görə, 2019-cu ildən "Sovetski" dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir.
"Sovetski" məhəlləsində köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq.
"Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq", - icra başçısı əlavə edib.