Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Ukraynanın 331 təyyarəsini məhv edib

© Sputnik / Константин Морозов / Mediabanka keçidRusiyalı hərbçi, arxiv şəkli
Rusiyalı hərbçi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2022
Abunə olmaq
Nazirliyin məlumatında Ukraynaya məxsus S-300 zenit-raket komplekslərinin iki radiolokasiya stansiyasının məhv edildiyi qeyd olunur.
BAKI, 7 noyabr - Sputnik. Rusiya Silahlı Qüvvələri "Donetsk Xalq Respublikası"nın Kramatorsk yaşayış məntəqəsində və Zaporojyedə Ukraynanın iki ədəd S-300 zenit-raket kompleksinin radiolpkasiya stansiyasını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Zaporojye vilayətinin Beloqorye və Kuşçove yaşayış məntəqələri ərazilərində iki raket və artilleriya silahı anbarı, həmçinin Nikolayev vilayətinin Qaliuinovo qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası üçün yanacaq anbarı məhv edilib. "Donetsk Xalq Respublikası"nın Kramatorsk və Zaporojye vilayətinin Volnyansk qəsəbələri ərazilərində Ukraynaya məxsus S-300 zenit-raket komplekslərinin iki radiolokasiya stansiyası məhv edilib", - deyə nazirliyin məlumatında bildirilir.
Bundan əlavə, "DXR"-in Novosyolka kəndi ərazisində Ukraynaya məxsus Buk-M1 hava hücumundan müdafiə sisteminin özüyeriyən atəş sistemi məhv edilib.
Bundan əlavə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən bir sutka ərzində "DXR" və Xerson vilayətində 14 Ukrayna raketinin vurulduğu bildirilir.
O da bildirilir ki, Xerson vilayətinin Novaya Kamenka kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri vurulub.
© Sputnik Viktor Tolochko / Mediabanka keçid"Buk-M2" zenit-raket kompleksi
Зенитный ракетный комплекс Бук-М2  - Sputnik Azərbaycan, 1920, 07.11.2022
"Buk-M2" zenit-raket kompleksi
Qeyd olunur ki, "DXR"-in Berestovoye, Yeqorovka, Evgenovka və Valeryanovka yaşayış məntəqələri ərazilərində havada 6 pilotsuz uçuş aparatı məhv edilib.
Nazirliyin məlumatında bildirilir ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri 170 Ukrayna hərbi helikopterini məhv edib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri aşağıdakılar məhv edilib: 331 təyyarə, 170 helikopter, 2458 pilotsuz uçuş aparatı, 387 zenit-raket kompleksi, 6421 tank və digər zirehli döyüş maşını, 884 reaktiv yaylım atəşi sistemi, 3562 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 719 ədəd xüsusi təyinatlı hərbi texnika", - deyə qurumun məlumatında bildirilir.
Xəbər lenti
0